Bu barədə BakuPost.az-a rayon sakinləri məlumat verib. Onların sözlərinə görə, bir aydır mədəniyyət klublarına, kitabxanalara elektrik enerjisi verilmir. Dövlət müəssisələrinin işığının kəsilməsinə səbəb kimi 2012-ci ildən yığılan borcun olması göstərilib.
Lakin borcun olması barədə heç bir qəbz və ya sənəd təqdim olunmur. Yardımlıdan “Azərişıq” ASC sədri Baba Rzayevə göndərilən çoxsaylı müraciət və məktubların da heç bir nəticəsi olmayıb.
Mədəniyyət evlərində çalışanların dediyinə görə, işıq pulu borcunun yaranması mümkün deyil, çünki vaxtında ödəniş edilib: “Amma əgər borc varsa, bunu sübut edən sənədlər təqdim edilsin”.
Məsələni aydınlaşdırmaq üçün “Azərişıq” ASC-nin mətbuat katibi Tanrıverdi Mustafayevə etdiyimiz zənglər cavabsız qalıb.teref.info