Xırdalan şəhərində yerləşən AAAF Park yaşayış kompleksinin sakinlərinin dərdi bitmir. İndi də elektrik enerjisi başlarına bəla olub

Kompleksdə tez-tez işıqlar kəsilir.

Sakinlər elektrik enerjisinə sərfiyyat xərclərini vaxtı-vaxtında ödəsələr də, işıqsız qalırlar. Buna səbəb isə AAAF-ın “Azərenerji”yə borcu var. Borcu yaradan AAF Parkın direktorunun kafeləridir.

Həmin borcu isə kafe sahiblərindən yox, sakinlərdən çıxarmaq istəyirlər. Şəhərciyin 21-ci küçəsinin sakinləri ayağa qalxıb ki, prezidentə müraciət edək. Kimin borcu varsa, onun işığını kəssinlər.

Axı borcunu ödəyən sakinlər niyə əziyyət çəkməlidir ki? Ancaq təkcə bu problem deyil. Bu şirkətdən tez-tez şikayətlər daxil olur. İnsanlar bu firmadan ev amasına peşman olub.

Qaz məsələsi isə böyük bir problem olub, aylardır həll oluna bilmir. Ən son o vəziyyətə gəlib ki, sayğac almağa pulumuz yoxdur deyirlər. İşıq isə demək olar ki, hər gün sönür və qışda 10 dəqiqə bəsdir ev buz kimi olsun.

Mənzilin sahəsinin hesablanmasına gəlincə, qanunun tələbləri pozulub. Mənzillərin sahəsini divarların çölündən hesablayırlar. Bu da mənzilimdə 13 kv fərq edir.

Bu qədər problemin ortasında artıq 1 ilə yaxındır ki, sakinlərdən mənzilin hər kv.m-i üçün 20 qəpik tələb olunur. Bir neçə gün qabaq rəhbərlikdən əlaqə saxladılar, amma heç bir məsələ həll edilmədi.

Mənzil alınan zaman müştərilərlə bağlanan müqavilələrdə mənzilin sakinlərə təhvil veriləcəyi vaxt göstərilməyib.

Ancaq AAAF Parkın satış ofisində müştərilərə mənzillərin təhvil veriləcəyi vaxt və binalardakı kommunal xidmətlər haqqında geniş məlumat verilir.

Sakinlər bildirirlər ki, mənzil alınan zaman müqavilə imzalanmazdan öncə AAAF Park-ın hüquq şöbəsinə də yaxınlaşırlar.

Orada da bildirilir ki, mənzillər deyilən vaxtda sakinlərə təhvil veriləcək, burada heç bir aldadılmadan söhbət gedə bilməz. Amma vətəndaşlar vaxtında mənzili təhvil ala bilmir.

Hər gün telekanallarda reklamı verilən tikinti komplekslərinin çoxu haqqında araşdırma apardıqda isə vəziyyətin həqiqətən də çox acınacaqlı olduğu üzə çıxır.ulus.az

Paylaş