Bu il yanvarın 25-də Kürdəmir Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi vəzifəsinə təyin olunan Elman Məmmədov barəsində yeni məlumatlar əldə etmişik
İdarə rəisi Füzulidə işlədiyi dövrdə yaxın adamı olmuş Emin adlı işçisini Kürdəmirə gətirib.

Onun rayona gələr-gəlməz vətəndaşlara “divan tutduğu” iddia edilir. Emin adlı şəxsin əlindən cana doymuş Kürdəmir sakinləri danışırlar ki, E.Məmmədovun özü az deyil, bir də özü kimi adamı camaatın canına ürcah edib.

İddia edilir ki, E.Məmmədovun başqa bir adamı Kürdəmirdə Tarix-Diyarşünaslıq muzeyinin direktorudur. Onunla əlbir olan idarə rəisi muzeydə “ölü canlar” saxlayır və maaş kartı özündə olur.

Bu qanunsuzluqlara yol vermiş E.Məmmədov azmış kimi, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevdən narazılıq edir.

Bundan başqa, E.Məmmədovun mayın 10-da mərhum prezidentin anım günü tədbirini yarımçıq tərk edib getdiyi haqda iddialar var.

Bildirilir ki, rəis təyin olunar-olunmaz idarə rəhbərinin ilk işlərindən biri ixtisarlara başlamaq olub. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin göstərişinə əsasən iyul ayına qədər ixtisarlar həyata keçirilməsin.

İdarə rəisi nazirin sözünə əhəmiyyət verməyib işçilərin sayını azaltmağa başlayıb.

İddialara görə, E.Məmmədov Kürdəmirə Füzulidəki mədəniyyət şöbəsinin direktoru vəzifəsindən gəlib və ona bu təyinatda deputat Bahar Muradovanın dəstəyi olub.

İdarə rəisi öz çevrəsində belə elan edib ki, B.Muradovanın adamıdır və ona kimsə bata bilməz. Ona görə də nazirdən daha çox deputatın təlimatlarına boyun əydiyi deyilir.

Onun adından sui-istifadə edərək vəzifəsində istədiyi kimi fəaliyyət göstərir. Hərçənd, B.Muradova onu nə tanıyır, nə bu işlərdən xəbəri var.

Füzulidən daxil olan məlumatda bildirilir ki, rayonun korrupsiyalaşmış büdcə təşkilatı Mədəniyyət və Turizm şöbəsi olub.

Elman Məmmədovun işi ancaq maliyyə əməliyyatları etmək, daha doğrusu saxta sənədlər əsasında dövlətdən şöbəninin fəaliyyəti üçün ayırılan vəsaitləri silməkdən ibarət idi.

Füzili rayon Mədəniyyət və Turizm Şöbəsində maliyyə maxinasiyaları müdir Elman Məmmədova yaxın bir şəxsə məxsus “KENZO-2014” MMC (130000 min manat), “Vüsal E-S” MMC ( 317000 min manat) vasitəsi ilə həyata keçirilib. Təkcə 204-cü ildə Elman Məmmədov bu MMC-lər vasitəsi ilə 500 min manata yaxın vəsait silib.

Elman Məmmədova bütün mənada dəstəyi Alı Alıyev verib. İcra başçısının ayda Elman Məmmdovdan 3 min manat haqq aldığı deyilirdi.

Növbəti yazımızda Elman Məmmədovun daha bir “köməkçisi” Vaqif Alıyevin özbaşınalıqlarından geniş yazı verəcəyik.

Bu ittihamlarla bağlı hörmətli E.Məmmədovun cavab haqqını dərc etməyə hazırıq.ULUS.AZ

Paylaş