Hakimiyyət bəzi sabiq nazir və məmurları bağışlamır. Məsələn, keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyev və rabitə naziri olmuş Əli Abbasov əfv edilsə də, başqalarına hələ ki, “yaşıl işıq” yandırılmayıb.
bu xüsusatda keçmiş iqtisadi inkişaf naziri Heydər Babayev, sabiq deputat Hüseyn Abdullayev, eks-deputat Gültəkin Hacıbəyli, baş nazirin keçmiş müavini Abbas Abbasov siyasi hakimiyyət tərəfindən bağışlanmayıb.
Eyni zamanda keçmiş spiker Rəsul Quliyev, MTN şefi Eldar Mahmudov, sabiq əmək naziri Füzuli Ələkbərov, həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanova münasibət dəyişməyib. Hakimiyyətin onları görən gözü yoxdur.
Çünki adıçəkilən şəxslər zaman-zaman hakimiyyətə siyasi xəyanətlər etmiş məmurlar olublar. Onların bəziləri indi də fəaliyyətini davam etdirir.
Hətta Rumıniyada olan səfir keçmiş baş prokuror Eldar Həsənova da bel bağlamırlar. Hakimiyyət ona pislik edənləri çox nadir hallarda bağışlayır.
Əli Abbasovla Fərhad Əliyev nümunələri isə fərqlidir. H.Babayev iqtidarın təcrid etdiyi məmurdur. H.Abdullayev Almaniyada iqtidara qarşı kampaniya aparır.
A.Abbasov isə Rusiyada anti-hakimiyyət projelərində yer almaqdadır.
G.Hacıbəyli isə müxalifətə keçərək hakimiyyətlə əlaqələrini kəsib. Sonuncu – Ziya Məmmədov da hakimiyyətin gözündən düşmüş adamdır.
Onun bütün imkanları məhdudlaşdırılır. Erməniyə işləyən casusların ifşası Səfər Əbiyevə də münasibəti qüvvədə saxlayır. Bu mənada Misir Mərdanova loyal yanaşma olduğunu söyləmək olar.
Azərbaycan hakimiyyəti dəyişir. Prezident İlham Əliyevin iqtidarı gəncləşdirdiyi haqda yazdıqlarımız təsdiqlənir. Bir neçə ay əvvəl ölkə başçısının iqtidarı refreş edəcəyini yazmışdıq. Struktur islahatları ilə yanaşı kadr dəyişiklikləri də olacaq.
Nəqliyyat Nazirliyinin ləğvi struktur idisə, Ziya Məmmədovun gedişi də kadr islahatının davamıydı. İqtidar gənc kadrlarla yeni idarəçilik sisteminə keçid etməyə hazırlaşır.
Dövlət orqanlarında gənc kadrların işə qəbul olunması, vəzifədən gedənlərin yerinə cavan nəsildən olan məmurların təyin olunması prezident İlham Əliyevin komandasını gənclərlə yürütmək istədiyini ehtiva edir.
ASAN Xidmət, poçtların ləğv olunub yeni sistem yaradılması, vitse-prezidentlik institutu yeni idarəçilik modelinin ilkin addımlarıdır.ulus.az
KORRUPSİYA.AZ