HAKİMİYYET.AZ-ın redaksiyasına Sabirabadın İcra başçısı ilə baglı şikayət məktubu daxil olmuşdur.Həmin məktubu nəzərinizə çatdırırıq:

Artıq 1 ildən çoxdur ki, ölkə mətbuatı Sabirabaddan Elxan Əsədovun saxtakar və cinayətkar olması barədə saysız-hesabsız yazılar verib. Elxan Əsədov 65 yaşında təhsil üzrə 12 saylı regional maliyyə mərkəzinə müdir qoyulub. Özü də texnikom təhsili ola-ola ali təhsillinin vəzifəsinə təyinat alıb. O BHC691766 nömrəli saxta ali təhsil diplomu da ələ keçirib, guya qiyabi yolla Rusiya Humanitar İnistitunun Bakı Filialında təhsil alıb. Fəaliyyət göstərməyə binası belə olmayan belə bir məktəbin Təhsil nazirliyinin də qeydiyyatında olmadığı rəsmi olaraq bildirilib. Bir maraqlanan yoxdur ki, bu şəxs nə vaxt bu qondarma məktəbdə oxudu? Nə vaxt sessiyalara getdi? Bu qədər çətindi onun saxtakarlığını ortaya qoymaq?

Sabirabadda hamını bu suallar narahat edirdi: Görəsən bu iqtidarın düşməni kimdi? Ən qatı müxalifətçi ola-ola Elxanı kim bu vəzifəyə gətirə bilərdi. Kimin hünəridi ki, dövləti, hazırki iqtidarı söyən pensiyaya göndərmək əvəzinə 65 yaşlı qoca bir kişini vəzifəyə gətirsin. Üstəlik onun ciddi nevroz xəstəliyyindən əziyyət çəkən qızı Könülü də Nizami Gəncəvi adına 5 saylı məktəbə direktor qoysun. Özü də kələylə-əvvəl həmin məktəbə yarım ştatla direktor müavini göndərilib, sonra da həmin məktəbə direktor təyin edilib. Sonra da onun orta təhsilli əri – qatı müxalifətçi Azər Ağayevə -AXCP-nin sədi Əli Kərimovun Sabirabaddakı dayağına da vəzifə verilib. 8 saylı şəhər orta məktəbinə təsərrüfat işləri üzrə direktor müavini qoyulub.

Fikir verin bu ailənin hər üç üzvü dövlətçiliyimizə qənim kəsilənlərdəndir. Onlar vəzifəyə gətiriləndə hər üçü müxalifətin vuran qolu olub. Baxın 66 yaşlı Elxan işlədiyi illər ərzində YAP-a həmişə nifrət edib. Ən məsul vəzifələrdə işləməsinə baxmayaraq ona edilən “partyaçı olmalısan” təkliflərini qulaqardına vurub. Son 20 ildə Mədəniyyət şöbəsinin baş mühasibi işləyəndə də YAP-a üzvlüyü qəbul etməyib, əksinə onu söyənlərdən birincisi olub. Qızı da həmçinin. Könülün əri Azər Ağayevi də Sabirabadlı YAP-çılar yaxşı tanıyırlar, seçkilərdə Əli Kərimovun, Cəmil Həsənlinin vəkili və müşahidəçisi olaraq min bir oyundan çıxıb. İndi də çayxanalarda oturub YAP-çılara yandı-yandı verir.

Bu ayın 25-də isə sabirabadlılara hər şey məlum oldu. YAP-ın VIII  konfransında necə deyərlər Nazim İsmayılovun cini şüşədən çıxdı. Nazim İsmayılovun tapşırığıyla 65 yaşında YAP-a adı yazılan Elxan Əsədov YAP Siyasi şurasının üzvü “seçildi”. Demə YAP rayon təşkilatının sədri Nadir Quliyevin sədrlikdən getmək səbəblərindən biri də 2016-cı ilin iyununda YAP-a pərçim edilən Elxan Əsədovun Şura üzvlüyünə etirazı olub. Odur ki, Konfransda Nazim İsmayılov onun adını əlavə etdiyi şura üzvlərinin siyahısını özünün yaxın adamı Mirzağa Hümbətova həvalə edib. Bilin ki, Mirzağa rayonda Nazim İsmayılovun pulyığanı kimi tanınır.

Bax beləcə qırmızı xoruzun quyruğu göründü. Deyilənlər tam təsdiqini tapdı. Nazim İsmayılov Elxan Əsədovla CİNAYƏT ORTAĞIDIR. Ondan 100 min manat rüşvət alıb. Sabirabadlılar onun rüşvət müqabilində qatı müxalifətçilərə yol verməsini, iqtidara xəyanətini heç vaxt bağışlamayacaq.

HAKİMİYYET.AZ OLARAQ ADI KEÇƏN ŞƏXSLƏRİNDƏ FİKİRLƏRİN DƏRC ETMƏYƏ HAZIRIQ.

KORRUPSİYA.AZ

Paylaş