400 minə toy etməsi ilə gündəmə gəlmiş Bakı Liftlər İdarəsinin direktoru Qüdrət Şükürov gündəmdən çıxıb

Oliqarx-məmur özünün işdən qovulması haqda şaiyələr yaydırıb.

Ancaq işini davam etdirir və onu vəzifəsindən azad etməyiblər. Lakin Q.Şükürov ölkə rəhbərliyinin qəzəbindən sığortalanmayıb.

Sadəcə, ölkədə baş verən proseslər, tədbirər, İslamiada müvəqqəti olaraq cızığından çıxmış məmurların barəsində ölçü götürülməsini arxa cərgəyə salıb.

Ölkə əhalisinin böyük əksəriyyəti çörək, işıqpulu, kredit və s. bu kimi qayğılarla yaşayarkən məmurlar cah-cəlal içində üzür. 400 min dollara başa gələn toy məclisi, Maldiv adalarında istirahət, bahalı maşınlar, özəl yaxtalar və s.

Özü də bütün bunlar Azərbaycanda oliqarx kimi tanınan nazirlərə yox, ilk baxışdan sıradan bir məmur kimi görünən adamlara da aiddir.

Əgər kimsə iddia etsə ki, Bakı Lift İdarəsinin baş direktoru Qüdrət Şükürov və onun ailəsinin hər bir üzvü milyonlara sahibdir, buna az adam inanar.

Şükürovların Dubayda evləri, bahalı maşınları və özəl yaxtası var. Bu avtomobilin Azərbaycana gətirilmədiyi, Dubaydakı villada saxlandığı və orada istifadə olunduğu deyilir

İddiaya görə, Qüdrət Şükürov təkcə qızının toyundan klip çəkilməsinə və qızı ilə yeni kürəkəninə mahnı yazdırılmasına 38 min dollar pul xərcləyib.

“Toya ümumilikdə 400 min dollar pul xərcləyib. Yeni kürəkəninə isə toyun səhəri 250 min manat dəyərində “Porşe” hədiyyə alıb”, – mənbə deyir.
Q.Şükürov kənara çəkilərək gizlənib və hətta səhhətində problemlər olması adı ilə bir müddət işə çıxmayıb.

Ortada bu qədər iddiaların olmasına baxmayaraq, Baki Şəhər İcra Hakimiyyətinin və rəhbəri Hacıbala Abutalıbovun susması çox müəmmalardan xəbər verir. Görünür kimlərinsə marağında deyil onu həbs olunması.

Qüdrət Şükürov bir çox cinayətlərdə ihtiham edilib, bu səbəbdən də ona dərhal cinayət işi açılmalı və ölkədən çıxışına qadağa qoyulmalıdır. Və bu müddət ərzində də, araşdırılmalıdır ki, bu toya xərclədiyi o qədər pulu, aldığı bu qədər imarəti haradan və necə əldə edib.

Cəmiyyətin bu olaya biganə qalmaması, bu cür korrupsioner məmurların cəzalandırmasını tələb etməsi də vətəndaşlarımızın konstitutsion haqqıdır. Mənimsənilən, oğurlanan milyonlar bu xalqın pullarıdır.

Hazırda o, Az 10 AA 828 nömrə nişanlı, ən son model S klass “Mersedes”də gəzir. Maşın “Mersedes” zavodunda xüsusi sifarişlə yığılıb, motorun həcmi 6.3-dür.

İddialara görə, Q.Şükürov təkcə bu maşının yanacağına hər gün 100-120 manat civarında pul xərcləyir.

O da bildirilir ki, xüsusi sifarişlə hazırlanan bu nəqliyyat vasitəsini Q.Şükürov 450 min avroya alıb. Bundan başqa, Q.Şükürovun “Range Rover” markalı, Az 10 ZZ 447 nömrə nişanlı maşınının olduğu deyilir.

Bu maşının qiyməti də az deyil – 250 min dollar. Q.Şükürovun oğlu Samid Şükürovun Az 10 XO 777 nömrə nişanlı “Mercedes Qalendvagen”, nömrə nişanının sonu 447 ilə bitən “Lexsus” markalı maşınları var. ulus.az

Paylaş