Hökumətdə sentyabrdan etibarən dəyişikliklər gözlənilir

Olkədə gedən islahatlar hakimiyyət komandasında yenilənmələri qaçılmaz edib.

Prezident İlham Əliyevin reformaları komanda içərisində dəyişiklikləri labüd edib. Payızda bəzi nazirlərin və komitə sədrlərinin yola salınacağı bildirilir. Bu sırada vergilər naziri Fazil Məmmədovun adı qırmızı xətlə keçir.

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyindən canı qurtarmış sahibkarlar indi daha bir dövlət qurumu ilə üzbəüz qalıblar.

Vergilər Nazirliyi iş adamlarının başına oyun açmaqda davam edir. Bu haqda prezidentə, prokurorluğa çoxsaylı müraciətlər ünvanlanmaqdadır.

Nazirliyin isə ləğv edilərək Maliyyə Nazirliyinə yaxud da Gömrük Komitəsinə birləşdirilməsi mümkündür. Dövlət başçısı sahibkarları iki illik vergidə azad etməsinə baxmayaraq, nazirlik iş adamlarını müflisləşdirmək siyasətindən əl çəkməyib.

Sahibkarlar MTN-nin yerini Vergilər Nazirliyinin tutduğunu söyləyirlər. Bu vəziyyət sahibkarları dövlətin üstünə qaldırır. Nazirlik məqsədli şəkildə yenə də sahibkarlığı sıxışdırıb sıradan çıxarmağa çalışır

Payız aylarında hakim komanda da yeni nəfəs olacaq. Prezident bir-bir nazirləri dəyişərək gənc və perspektivli kadrları cəlb edir.

Payız dalğasının ilk köçəri naziri Fazil Məmmədovun olacağı bildirilir. Məsələn, bir neçə ay bundan öncə F. Məmmədov “ağıllı” təklif irəli sürdü ki, spirtli içkiləri və tütün məmulatlarının alışını kart variantına keçirək büdcəmiz dolsun.

Bu təklif əhali arasında narazılıqla qarşılandı və prezident bu təklifi rədd etdi. Onun bu cür təklifləri artıq bezdirici olub və sahibkarların şikayətləri çoxalımaqdadır. Üstəlik, nazirliyin izafi xərclərə səbəbolması və struktur islahatının zəruriliyi mümkündür.

Yada salaq ki, Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev statistikanı açıqlamışdı. K.Əliyev bildirmişdi ki, Vergilər Nazirliyindən 48, rayon məhkəmələrindən 37, Bələdiyyələrlə İş üzrə Mərkəzdən 23, İqtisadiyyat Nazirliyindən 9 material Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olub. Göründüyü kimi, ən çox şikayət və müraciətlər Vergilər Nazirliyi ilə bağlı olub.

Fazil Məmmədovun rəhbərlik etdiyi nazirlik yenə də korrupsiya piramidasının zirvələrinə ucalıb. Prezident iş adamlarını 2 illik vergidən azad etsə də, nazirlikdə son 2 ay ərzində kadr islahatları həyata keçirilsə də, yenə də siyahının başında Vergilər Nazirliyi qərarlaşıb.

Bu faktlar nazirliyin fəaliyyətindən narazılar ordusunun olduğuna sübutdur. İş adamları, sahibkarlar, biznes sahəsində çalışanlar vergi müfəttişlərindən cana doyub.

Vergilər naziri ölkə rəhbərliyinin yanında etimadını kifayət qədər itirib. Prezident İlham Əliyev müşavirələrin birində əsassız vergi yığımlarını xatırladarkən F.Məmmədovun istefaya göndəriləcəyi güman edilirdi. Amma nazirin səs-küylü istefasına gedilmədi. Amma bu payız deyəsən, gediləcək… ulus.az

Paylaş