“Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri” Azərbaycanda islahatların Prezident İlham Əliyevin rəhbərliyi ilə hərtərəfli düşünülmüş və təkcə qısamüddətli deyil, həm də orta və uzunmüddətli hədəflərə istiqamətlənməsini göstərir.

Qeyri-neft ixracı ilk 4 ayda 22 faiz artıb, manatın sabitliyi ilə bağlı uğurlu nəticələr əldə edilib. Хlkəmizdə sahibkarlığın inkişafı, biznes mühitinin yaxşılaşdırılması ilə bağlı sistemli tədbirlər həyata keçirilir.

Məsələn, özündə 260-dan çox xarici və yerli investoru birləşdirən AmCham ölkədə aparılan iqtisadi islahatlarda yaxından iştirak edir və töhfəsini verir.

Prezident İlham Əliyev tərəfindən aparılan kompleks iqtisadi islahatlar sayəsində ölkəmizdə makroiqtisadi sabitliyin, xüsusilə manatın sabitliyinin təmin olunduğunu və inflyasiyanın idarəolunan həddə endirildiyini, qeyri-neft sektorunda iqtisadi artım tempinin və ixrac həcminin artdığını söyləmək olar.

Yaranmış əlverişli biznes mühiti yerli və xarici sahibkarların fəaliyyətlərinin daha da genişləndirilməsi və Azərbaycan iqtisadiyyatına daha çox investisiya cəlbi üçün zəmindir.

Azərbaycanda vergi, gömrük, fiskal və monetar siyasət üzrə islahatlar sahibkar məmnunluğunu artıraraq şəffaflıq, hesabatlılıq və səmərəlilik üçün daha geniş imkanlar yaradıb. 10 il ərzində Azərbaycanda 1,6 milyon iş yeri yaradılıb. Bunu Baş nazirin müavini Əli Əhmədov deyib.

Ə.Əhmədov qeyd edib ki, Azərbaycan iqtisadiyyatı 10-15 il ərzində 3,5 dəfədən çox artıb: “Bu dövr ərzində ölkədə yoxsulluğun səviyyəsi 50 faizdən 5-6 faizədək azalıb”.

Qeyri-neft sektorunun müxtəlif sahələrində istifadəyə verilmiş müəssisələrdə minlərlə insan öz məşğulluq problemini həll edir.

Təkcə bu ilin birinci rübündə 85 min yeni iş yeri yaradılıb ki, bunların da 70 mini daimidir. Həmin dövrdə 9 min iş yeri bağlansa da, insanların işlə təmin olunmasında müsbət dinamika danılmazdır.

İş yerləri demişkən, indi Azərbaycanda həyata keçirilən neft-qaz layihələrində çalışanların əksəriyyəti ölkənin öz vətəndaşlarıdır. Vaxtilə, danışıqlar gedərkən, bu, kontraktın şərtlərindən biri kimi müəyyən edilmişdi.

Qərara alınmışdı ki, Azərbaycan mütəxəssislərinin sayı müqavilə çərçivəsində görülən bütün işlərdə tədricən artacaq. İndi bu, bir gerçəklikdir.

Ancaq bu islahatlar məmurları aqressivləşdirib. Hakim qrupların bir-biri əleyhinə iş aparmasından əlavə mövqelərin bölüşdürülməsi davası qızışır.

Dünənə kimi dotasiya, “paket” sistemi və büdcə pullarının idarə olunması hesabına oliqarxlaşan yüksək çinli məmurlar indi ciddi itkilərə yol verməkdədir.

Onlar yaxşı başa düşür ki, neftin dünya bazarında təzədən 150 dollar olması qeyri-mümkündür və hər keçən gün iqtisadi sabitlik pozulmaqdadır. Bu baxımdan tərəflərin arasında siyasi dayaqların güclənməsi müstəvisində mübarizə alovlanıb.ulus.az

Paylaş