Çovdarovun əməllərini bu gün elsevərlər, kərəmlər, rafiqlər davam etdirir

Bu gün tanış olduğum məhkəmə qərardadından bəlli olur ki, Nərimanov rayon məhkəməsinin hakimi Gültəkin Əsədova vətəndaş Abbas Yunusovun xüsusi mülkiyyətində olan mənzilinə heç bir ciddi əsas olmadan həbs qoyub.

Axı, bütün dünyada xüsusi mülkiyyət toxunulmaz, hətta müqəddəs hesab olunur. Belə olan halda hakim xüsusi mülkiyyətə, həm də əsas olmadan necə həbs qoya bilər..?

Sözün düzü, hakimin qərarı məndə onun kimliyi ilə bağlı maraq yaratdı.

Və Nərimanov rayon məhkəməsinin saytına daxil olan kimi hər şey mənə aydın oldu.

Deməli, Gültəkin Əsədova dələduz kimi axtarışda olan Elşad Abdullayevin “yetişdirməsi” imiş. Yəqin söhbətin kimdən və nədən getdiyi bəlli oldu.

Vaxtilə Azərbaycanda Azərbaycan Beynəlxalq Universiteti (ABU) deyilən bir “bazar” var idi.

4-cü sinif səviyyəsində savadı olmayanlardan rektor-bazarkom Elşad Abdullayev külli miqdarda rüşvət alıb həmin savadsızları ABU-ya doldururdu.

Sonradan həmin bazar-universiteti bağladılar, bazarkom-rektor isə xaricə qaçdı.

Bəli, Elşad Abdullayevin “yetişdirmələri” indi ölkənin məhkəmə sistemini açıq bazara çeviriblər.

Bütün bunlar öz yerində. Amma Gültəkin Əsədovanın məhkəmə saytındakı tərcümeyi-halından bəlli olur ki, bu xanım universiteti 3 ilə bitirib. Lap Ginnesin rekordlar kitabına düşməlidir.

Axı, ABU-nun 1997-ci ildə yaradıldığı məlumdur. Bəs Gültəkin Əsədova 2000-ci ildə, yəni 3 ilə ali bazar universitetini necə bitirib..?

Yəni problemin mahiyyəti bəlli oldu.

İndi isə keçək vətəndaşın xüsusi mülkiyyəti ilə bağlı məsələyə.

365info.az saytının redaksiyasına səhiyyə nazirinin 1-ci müavini Elsevər Ağayevin dostu, biznes ortağı, sələmçisi Hikmət Məmmədovla bağlı məlumat daxil olub.

Beləki vətəndaş Abbas Yunusovun Xətai rayonu Süleyman Vəzirov küçəsi, ev 11-H, mənzil 10 ünvanında yerləşən xüsusi mülkiyyəti qanunsuz olaraq Hikmət Məmmədov tərəfindən zəbt olunub.

Ancaq Hikmət Məmmədovun xəbəri olmayıb ki, Abbas Yunusovun evi xüsusi mülküyətdir.

Bundan xəbər tutan Hikmət Məmmədov dostu Elsevər Ağayevi məcbur edərək Dövlət Əmlak Komitəsinin sədri Kərəm Həsənova zəng elətdirir ki, sonuncu Hikmət Məmmədovu qəbul etsin. Kərəm Həsənov isə Elsevər Ağayevə cavab olaraq bildirir ki, özü qəbul etməsə də müavini Rafiq Cəlilov qəbul edəcək. Hikmət Məmmədov isə Rafiq Cəlilovun qəbulunda olarkən onu məcbur edib ki, Abbas Yunusova dövlət tərəfindən verilən kupçanın ləğvində ona yardımçı olsun.

Məlumat üçün onu da bildirək ki, Abbas Yunusova məxsus Xətai rayonu, S.Vəzirov küçəsi, 11-H mənzi 10 ünvanında yerləşən xüsusi mülkiyyətlə əlaqədar Hikmət Məmmədov Nərimanov rayon məhkəməsinə iddia ərizəsi il müraciət edib.

365info.az saytına daxil olmuş məlumata görə Nərimanov rayon Məhkəməsinin hakimi Gültəkin Əsədovaya bu məsələnin Hikmət Məmmədovun xeyrinə həll olunması ilə bağlı Elsevər Ağayev tərəfindən zəng olunur və hakim nazir müavininin zəngindən çıxılmaz vəziyyətə düşərək Abbas Yunusovun mülkiyyətinə həbs qoyulması barədə qanunsuz qərardad çıxardır.

Abbas Yunusovun nümayəndəsi Nərimanov rayon Məhkəməsinin hakimi Gültəkin Əsədovanın 2(005)3879/2017 №-li mülki iş üzrə 28 aprel 2017-ci il tarixli Qərardadla mənzilə həbs qoyulmasını qanunsuz və əsassız hesab edərək apellyasiya şikayəti verib.

Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı Hikmət Məmmədov mənzilin ona məxsus olmasına dair Məhkəməyə sübut kimi təqdim etdiyi 2 vərəq “sənəd”dən biri – “maliyyə arayışı” “KAT LTD” MMM-nin möhürü və direktoru S.E.Ələkbərovanın imzası ilə təsdiqlənmiş vərəqdə “mənzilin ümumi dəyəri ödənildi və firmaya borcu yoxdur” yazılmış olsa da, həmin “sənəd”də verilmə tarixi, ödənişin məbləği və digər vacib rekvizitlər yoxdur. Bu səbəbə həmin kağız parçası hüquqi əhəmiyyəti olan bir sənəd kimi Məhkəmə tərəfindən qəbul edilə bilməzdi. Çünki, iddiaçı ərizəsində “alqı-satqı”nı cavabdehlə etdiyini bildirsə də, müvafiq sənəd təqdim etməmişdir. “KAT LTD” MMM-nin “Maliyyə arayışı”nda isə məbləği bilinməyən “ödənilib firmaya borcu yoxdur” göstərilməsi hakimi qane etmişdir.

“İddiaçı” Hikmət Məmmədovun Məhkəməyə təqdim etdiyi “KAT LTD” MMM ilə bağlamış olduğu “Çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqavilə”si isə adıgedən mənzilə ümumiyyətlə heç bir aidiyyəti olmayan və mahiyyətcə anlaşılmayan, “KAT LTD” MMM-nin möhürü və direktoru S.E.Ələkbərovanın imzası ilə təsdiqlənmiş 1 vərəq kağız Məhkəmə tərəfindən hüquqi qüvvəyə malik bir sənəd kimi qəbul edilməli deyildi.

“İddiaçı” Hikmət Məmmədov özünün adına olan 2 “sənəd”i ilə bərabər, mənzilin Abbas Yunusovun xüsusi mülkiyyətində olması barədə Azərbaycan Respublikası Əmlak Məsələləri DÖVLƏT Komitəsi yanında Daşınmaz Əmlakın DÖVLƏT Reyestri Xidmətinin Hüquqların DÖVLƏT qeydiyyatı haqqında daşınmaz əmlakın DÖVLƏT reyestrindən RX seriyalı, 1035263 №li “Çıxarış” sənədinin də surətini Məhkəməyə təqdim edərək, “mənzilin gizlin özəlləşdirilməsi”, “formal olaraq rəsmiləşdirilməsi”ni “iddia ərizəsi”ndə Məhkəməyə bildirərək, Azərbaycan Respublikası DÖVLƏTİNİN adından, DÖVLƏT orqanı tərəfindən verilmiş rəsmi DÖVLƏT sənədini “sırf dələduzluq cinayətinin tərkib əlamətlərinin özündə daşımasını və onun əmlakına gizlincə yiyələnməyə çalışaraq dələduzluq” adlandıran iddiaçı Hikmət Məmmədov hakim Gültəkin Əsədovanı “inandırmağa” nail olmuşdur.

Hakim, iddiaçının heç bir hüquqi qüvvəyə malik olmayan 2 vərəq şübhə doğuran kağızını Azərbaycan Respublikası DÖVLƏT orqanının, DÖVLƏT gerbli möhürü və DÖVLƏT idarəsinin imzası ilə təsdiqlənmiş DÖVLƏT qeydiyyatından keçmiş hüquqi sənəddən üstün tutaraq iddianı qismən təmin edərək, Abbas Yunusovun xüsusi mülkiyyətində olan mənzilin üzərinə əsassız və qanunsuz həbs qoymuşdur ki, bu da hakimin müstəqilliyinə və baxdığı mülki işə obyektiv yanaşmasına heç bir mövqedən inanmağa yol vermir.

Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 2(005)3879/2017 №-li mülki iş üzrə 28 aprel 2017-ci il tarixli Qərardadı məhz bu baxımdan da qanuni və əsaslı deyildir.

Sözardı:

Bu məhkəmə qərardadı ilə tanış olanda istər-istəməz ləğv olunmuş MTN generallarının məhkəmə prosesi ilə bağlı hər gün mediada oxuduğumuz materiallar yada düşür.

Vətəndaşların əmlakını əlindən almaq, sahibkarların mülkiyyətini zəbt etmək və s.

Bütün bunlar öz başına baş vermirdi. Bu əmlakların qanunsuz olaraq mənimsənilməsində, zəbt edilməsində birbaşa Dövlət Əmlak Komitəsinin, komitənin sədri Kərəm Həsənovun və Akif Çovdarovun sevimlisi Rafiq Cəlilovun imzası var idi. Çünki kiminsə əmlakını tutmaqla iş bitmirdi, buna qanun donu geydirmək Əmlak Komitəsində bu qanunsuzluğu “qanuniləşdirmək” lazım idi.

Deməli, bu gün Akif Çovdarov və digərləri ortada yoxdur, həbsxanadadır.

Amma həmin əməlləri Kərəm Həsənovlar, Elsevər Ağayevlər, Rafiq Cəlilovlar, Gültəkinlər davam etdirir.

Ancaq bunları da bir gün Çovdarovun aqibəti gözləyir. Bir az səbrli olaq.365info.az

KORRUPSIYA.AZ

Paylaş