Xalq artisti Ağasəlim Abdullayevin ailə faciəsi ilə nəticələnmiş yol qəzasının səbəkarı Xalid Mədətov qısa zaman ərzində azadlığa çıxa bildi. Xatırladaq ki, 2014-cü il martın 15-də Suraxanı rayonu ərazisindəki Zığ şossesində X.Mədətovun idarə etdiyi “Mercedes-Benz Gelandewagen-55” markalı avtomobil xalq artisti Ağasəlim Abdullayevin oğlunun idarə etdiyi “VAZ-2106”a çırpılıb
Nəticədə “VAZ-2106”da olan sərnişinlər – xalq artsitinin həyat yoldaşı Brilyant Abdullayeva və 2008-ci il təvəllüdlü nəvəsi Ağasəlim Abdullayev hadisə yerində ölüblər. Qəzadan iki gün sonra X.Mədətovun atası Mübariz Mədətov prezidentin sərəncamı ilə tutduğu vəzifədən azad edilib, oğlu Xalid Mədətov isə həbs olunub. M.Mədətov Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin sabiq rəisi Aydın Bəşirovun həm qudası, həm də biznes ortağıdır.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Xalid Mədətov 12 il müddətinə azadlıqdan məhrum edilimişdi. Amma bir neçə ay öncə Xalid Mədətov azadlığa buraxıldı.10may.az saytına daxil olan məlumata görə bu günlər də isə prezidentin sərancamı ilə işdən azad olunan Mübariz Mədətov yenidən yükdaşıma sektorunda vəzifə sahibi ola bilib. Onun hansı vəzifə də işləməsi ilə bağlı araşdırmamız olacaq. ulus.az
KORRUPSİYA.AZ