Prezident Administrasiyasında həyata keçirilən islahatlar nəticəsində vəzifəsini itirənlər sırasında Prezidentin müdafiə məsələləri üzrə köməkçisi xidmətinin Müdafiə məsələləri şöbəsinin müdiri, general-leytenant Məhərrəm Əliyev də var.
KORRUPSIYA.AZ  president.az saytına istinadən xəbər verir ki, Prezident Administrasiyasında yeni yaradılan struktura əsasən yeni yaradılan strukturda Prezidentin müdafiə məsələləri üzrə köməkçisi və müdafiə məsələləri şöbəsi ləğv olunaraq, yeni şöbə – Prezidentin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri strukturu yaradılıb. Bu vəzifəyə isə Fuad Ələsgərov təyinat alıb.
Prezidentin müdafiə məsələləri üzrə köməkçisi Vahid Əliyev və Müdafiə məsələləri şöbəsinin müdiri, general-leytenant Məhərrəm Əliyev kənarda qalıb. Onların adı yeni təyinat alanlar sırasında deyil.
Qeyd edək ki, Məhərrəm Əliyev bu vəzifədən öncə Azərbaycanın Tacikistandakı səfiri, ondan öncə isə Bakı Şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsində çalışıb.

Paylaş