Kəlbəcər rayon sakini, Gəncənin Gülüstan qəsəbəsi ADAU-6 saylıda məskunlaşmış Əliyev Aqil Bahadur oğlu tərəfindən redaksiyamıza müraciət daxil olub

Ulus.Az-a daxil olan şikayət məktubunda daxili işlər nziri Ramil Usubovdan kömək istənilir.

“1990-cı ildən 2015-cı ilin sonuna kimi Kəlbəcər rayon Polis Şöbəsində 8 il PPX-də xidmət etmişəm. 1998-ci ildən isə Kəlbəcər RPŞ-nin DYPB-də YPX-ti inspektoru vəzifəsində xidmət etmişəm.

1994-cü ilədək Kəlbəcər uğrunda gedən döyüşlərdə iştirak etmişəm. Qarabağ müharibəsi iştirakçısıyam. 31.12.2015-ci il tarixdə öz raportumla könüllü olaraq təqaüdə çıxmışam.

İşlədiyim müddətdə rəhbərlik tərəfindən qüsursuz xidmətimə görə dəfələrlə medallarla, pul mükafatları ilə təltif edilmişəm. 2015-ci ildə Bakı şəhərində keçrilən Avropa Oyunlarında iştirak etmişəm. Şəxsən general Ramil Usubovun imzası ilə təşəkkürnamə almışam.

28.05.2017-ci il tarixdə, təxminən saat 17-18 radələrində özümə məxsus “Mersedes BENZ” markalı, 20 DR 670 dövlət nömrə nişanlı avtomaşınla Gəncə istiqamətindən Tərtər rayonuna gedirdim.

Bu zaman rayonun təzə kənd adlanan ərazidə magistral yolda Tərtər RPŞ-nin rəisinə məxsus xidməti avtomobil yolun əks istiqamətinə çıxaraq, yəni mənim yoluma keçməsi üçün yol istədi. Mən isə öz yolumda olduğum üçün və qarşıma çıxan avtomobildən mənə yol verməsi üçün qabaq işıqlarımı yandırıb söndürərək yol istədim.

Həmin maşın mənə yol vermək istəmirdi və istəyirdi ki, mən tamamən yolun sağ istiqamətinə çıxım. Yolda isə təmir işləri aparıldığından mən heç cür tamamən sağa çıxa bilmirdim”,-deyə şikayətçi bildirir.
Şikayətçi başına gələnləri nəql edib.

“Polis avtomobili isə mənim yoluma çıxaraq hərəkətini davam etdirmək istəyirdi. Çünki, öz yolu ilə gedən hissədə hələ asfalt örtüyü vurulmamışdı. Bu isə mənim yoluma çıxaraq rahat hərəkət etmək istəyirdi.

Yolda təmir işləırinin aparıldığına baxmayaraq yolda heç bir nişan qoyulmamışdır. Həmin maşın öz yolu ilə hərəkət etməyin əvəzinə mənim yoluma çıxmışdı.

Mən isə ona bildirdim ki, öz yolunla hərəkət et. Çünki bütün maşınlar öz yolları ilə hərəkət edirdilər tək bu avtomobil yolun hərəkətinin əks istiqamətinə çıxmışdı.

Tərtər rayonunun girişində abidə deyilən ərazidə dairəvi hərəkəti keçib Gəncə istiqamətində təxmiynən 200-300 metr hərəkət etdikdən sonra Tərtər RPŞ-nin DYPB-nə məxsus Hundai Aİ 35 markalı 10 YP 544 dövlət nömrə nişanlı avtomaşın arxadan uzaq vuran işıqlarını yandırıb söndürdü.

Bu zaman mən maşınımı saxladım. Bu zaman YPXBİ-nin əməkdaşı maşından düşərək əli ilə məni yanına çağırdı. Baxmayaraq ki, o mənə yaxınlaşıb özünü təqdim etməli idi. Ancaq mən ona yaxınlaşdım. Özümü ona təqdim etdim.

O, isə mənə heç nə demədən Tərtər RPŞ-nə getməyimi bildirdi. Mən ondan soruşdum ki, mənim RPŞ-də nə işim var. Qayda pozmuşamsa burda cəriməmi yaz. O, isə israrla bildirdi ki, tapşırıq var, səni mütləq RPŞ-nə aparmalıyam. Elə etmə ki, qrupu çağırım.

Mən ona bildirdim ki, gəl mənim maşınımla gedək. O, bu zaman məni itələdi özümü düzəldə bilmədim və yolda təmir getdiyindən daşın üzərinə arxaşı üstə yıxıldım həmin an hiss etdim ki, belimdən xəsarət aldım.

Bundan sonra onunla birlikdə DYPB-nə məxsus avtomobillə RPŞ-nə getdik. Piləkənləri çıxarkən sonradan adı mənə məlum olan YPXBİ-nin Dilqəm adlı polis leytinantı təkrarən məni itələdi.

Tərtər RPŞ-nin binasına daxil olanda rəisin xidmət üzrə müavini polis leytenantı Əfqan Qurbanov məni gördükdə nalayıq söyüşlərlə söyüb təhqir etdi əli ilə sağa-sola dartışdırdı. “Məni tanıyırsan əəəəə. Mən bu rayonda söz sahibiyəm” deyə qışqırdı”.
Qarabağ veteranı ona təzyiqlər olduğunu söyləyib:

“Mən bu iki şəxsdən yəni rəis müavini Əfqan Qurbanovdan və YPXBİ-rundan öz hüquqlarımı qorumaq üçün vəkil tələb etdim. Qanunda da göstərilir ki, hər bir saxlanılan şəxs vəkillə təmin olunmalıdır.

Hətta mənə imkan vermədilər ki, mən xüsusi vəkilimi dəvət edim. Telefonlarım əlimdən alındığından heç kimlə əlaqə saxlaya bilmirdim.
Hətta mənim maşınımda olan bacım oğlu Ramini və qardaşım oğlu Bahaduru da qanunsuz olaraq 3 saatdan çox polis şöbəsində saxladılar.

Onları buraxanda isə hər ikisinin telefonları özlərinə qaytarılan zaman məlum oldu ki, telefonun bütün yaddaşı polis əməkdaşlırı tərəfindən silinib.

Hətta hər iki şəxs polis şöbəsində tanımadıqları əməkdaşlar tərəfindən nəlayiq söyüşlərə məruz qalıblar.

Mən şöbədə Əfqan Qurbanovdan həkim tələb etdim ki, mənim xəsarətim var. Məni həkimə aparın və ya şöbəyə həkim dəvət edin. Bunlar isə mənim ağrımağıma və həkim tələbimə reaksiya vermədilər.

Ə.Qurbanov dedi ki, bəlkə özüm sənə vəkillik etdim. Həkim də ola bilərəm sənin üçün. Bu zaman Ə.Qurbanov göstərişi ilə mən olduğum otağa bir ağ xalatlı qadın və mülkü geyimdə bir kişi daxil oldu.

Mən onlardan kim olduqlarını soruşdum. Ə.Qurbanov dedi ki, deməyin adınızı, o kimdi ki, sizin adınızı soruşur. Mülkü geyimli kişi cibindən alkotestri çıxarıb mənə üfürməyimi bildirdi.

Mən alkotestrin sertifikatını tələb etdim. O, bu zaman alkotestridə cibinə qoyub aradan qaçaraq çıxdı. Ağ xalatlı xanım ad soyadımı soruşdu və o da çıxıb getdi.

Mənə qeyri-qanuni tutma protokolu tərtib edib məni məhkəməyə çıxardılar. Tərtər rayon Məhkəməsi məni cəzalandırdı. Mən bildim ki, məni belə yollarla tutmalarının səbəbkarı rayonun polis rəisinin göstərişi olub. Mən ona yol verməməyimin qisasını çıxırdılar.

Mənə həmin gün xəsarət yetirdikləri üçün hazırda müalicə olunuram. Onurğa sümüyümdə xəsarət yaranıb.

Mən 26 il iş günü ilə, güzəştlə 44 il bir ay 7 gün xidmət edib dəfələrlə DİN-i tərəfindən mükafatlandırılmış, dövlətimizə və dövlətçiliyinizə sadiq olan sabiq bir polis nəfəri kimi hal- hazırda təqaüddəyəm.

Sizə xəbər vermək istəyirəm ki, məni RPŞ-də bir kvadrat metr, natəmiz, çox çirkablı bir yerdə saxlayıb zülm və əzab verdilər.

Mən Sizdən xahiş edirəm həmin avtomobilin təhlükəsizlik kamerasının araşdırılmasına tapşlırıq verəsiniz. Araşdırılmalıdır ki, görək həmin gün həmin əraziyə hansı polis əməkdaşı və hansı avtomaşın təhkim olunub.

Məhkəməyə təqdim olunan raportu hadisə yerinə gəlməyən şöbə daxili əməliyyat qrupunda olan polis baş leytenantı Elgün Ağayevə mənim öz yanımda Ə.Qurbanov məcbur edib yazdırdı”.

Paylaş