KORRUPSİYA.AZ saytı xəbər verir:
Vətəndaşlardan daxil olan çoxsaylı şikayətləri nəzərə alaraq Yol Polisinin “maxinasiya” faktlarını işıqlandırmağı vətəndaşlarımızı qanunun tələblərini pozmadığı hallarda “Yol Polisinin saxtakarlıqlarından agah etmək istəyirik.
Bütün əməliyyatlar əvvəlcədən hazırlanmış ssenari üzrə gedir.Yol patrul xidməti əməkdaşları ( əsasən Səbail və Yasamal rayonu ərazisində ) tərəfindən sutkanın qaranlıq vaxtı nəqliyyat vasitəsi saxlanılaraq sürücüyə “avtoxuliqanlıq”  etdiyi bildirilir.Avtomobilin cərimə meydançasına, sürücünün isə sürücülük vəsiqəsindən məhrum olunacağı bildirilir. Təbii olaraq  sürücü “avtoxuliqanlıq” etmədiyini bildirir. Bu zaman klassik yaxşı polis pis polis ssenarisi işə düşür.Bİr çox təzyiqlərdən sonra polislərdən biri sürücünü sözün əsl mənasında aldadaraq  izahat yazmağı öz izahatında avtoxuliqanlıq etdiyini qaydaları pozduğunu və birdaha etməyəcəyini izahatda bildirəcəyi  halda avtomobilin və sürücülük vəsiqəsinin ona qaytarılacağını bildirilir. (Hüquq mühafizə  və Xüsusi xidmət orqanlarında tətbiq edilən psixoloji təzyiq üsullarından öz şəxsi mənafeləri üçün istifadə edilir) Sonda istədiklərinə nail olduqdan sonra avtomobil cərimə meydançasına sürücüyə isə Bakı şəhər Baş Polis idarəsinin Yol Polisinə ( Badamdar) 12,14 saylı otaqlara yaxınlaşması bildirilir. Rüşvətxorluq üçün zəmin yaratmaqdan ötrü müxtəlif üsullardan (sənədlər gəlməyib,bu otaqda deyil və s. vətəndaş hər hansı məlumat almaq üçün yaxınlaşdığı zaman saatlarla gözlədilir) istifadə olunur. Ssenari isə saat kimi işləyir.Bu zaman tanışlar maklerlər işə düşür İlkin olaraq standart 1200-1500 manat rüşvət istənilir və nəhayət bu məbləğin son aşağı həddi  750 AZN dir. Bu ssenarinin kuliminasiyası : vətəndaş tərəfindən rüşvət ödənildikdən sonra sürücülük vəsiqəsi birlikdə digər sənədlər geri qaytarılaraq avtomobilin cərimə meydançasından buraxılması üçün “sənəd” verilir. Təxmini hesablama apardıqda bu ssenari üzrə
Sutkada bu hadisə üzrə 1  korrupsiya halı olduqda il ərzində
365*750=270 000 AZN
Sutkada bu hadisə üzrə 2 korrupsiya halı olduqda il ərzində
365*750*2=540 000 AZN
vəsait vətəndaşlardan oğurlanaraq əvvəlcədən əlbir olmuş bir qrupun cibinə gedir.Bu isə kölgə iqtisadiyyatının inkişafına əhalinin kasıblaşmasına borclanmasına səbəb olur.
 

Vətəndaşlarımıza bu hallarla qarşılaşdıqda Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət etməyi əsas məsələ isə qanundan və yaxud qanunları bilməməyimizdən istifadə edərək korrupsiyalaşmış məmurlarla mübarizə aparmağı tövsiyyə edirik.

 

Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 3 mart tarixli 114 nömrəli Sərəncamı ilə yaradılmışdır.

Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı  Mübarizə Baş İdarəsi

Ünvan: Bakı şəhəri, Binəqədi ray., Səttar Bəhlulzadə 10A

Rəis – Əliyev Kamran Bayram oğlu
Tel: 361-10-02                                     E-poçt ünvanı: 
[email protected] 

Rəis müavini – İsayev Orxan Elşad oğlu
Tel: 361-10-04                                     E-poçt ünvanı: 
[email protected]

Rəis müavini – Nağıyev Əli Nağı oğlu
Tel: 361-10-07                                    E-poçt ünvanı: 
[email protected]

 

İnzibati Xətalar Məcəlləsindən çıxarış. (Bu Məcəllə Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanunu ilə təsdiq edilmişdir)
FƏSİL 38
Maddə 511. Avtoxuliqanlıq
 
511.1. Avtoxuliqanlıq, yəni nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərə görə –
nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur.
511.2. Eyni hərəkətlərin inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə-
nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, yeddi yüz əlli manatdan min manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur.
511.3. Bu Məcəllənin 511.1-ci maddəsində nəzərdə tutulmuş hərəkətlərin aşkar surətdə iki və ya daha artıq nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışı təşkil edərək yolda müəyyən edilmiş hərəkət sürəti həddini 60 km/saatdan artıq aşmaqla törədilməsinə görə –
nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla iki min manatdan dörd min manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur.
 
Maddə 153. Fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması müddətinin hesablanması
 
153.1. Fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması haqqında qərar qanuni qüvvəyə mindiyi gündən həmin fiziki şəxs xüsusi hüququ məhdudlaşdırılmış hesab olunur.
153.2. Xüsusi hüququn məhdudlaşdırılması haqqında qərar qanuni qüvvəyə mindiyi gündən üç iş günü müddətində xüsusi hüququ məhdudlaşdırılmış fiziki şəxs onun xüsusi hüququnu təsdiq edən müvafiq sənədi bu Məcəllənin 152.2 – 152.4-cü maddələrində nəzərdə tutulmuş aidiyyəti orqana təqdim etməli (əgər həmin sənəd bu Məcəllənin 94.2-ci maddəsinə əsasən daha əvvəl götürülməmişdirsə), müvafiq sənəd itirildiyi hallarda isə həmin müddətdə qeyd olunan orqana bu barədə ərizə verməlidir.
153.3. Xüsusi hüququ məhdudlaşdırılmış fiziki şəxs onun xüsusi hüququnu təsdiq edən müvafiq sənədi təqdim etmədikdə, xüsusi hüququn məhdudlaşdırılması müddətinin axımı dayanır. Bu halda müddətin axımı müvafiq sənədin alındığı və ya həmin sənədin itirilməsi barədə ərizənin verildiyi gündən başlayır.
153.4. Xüsusi hüququn məhdudlaşdırılması müddəti qurtardıqda, bu Məcəllənin 152.5-ci maddəsinə uyğun olaraq nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması haqqında qərara xitam verildikdə, barəsində həmin inzibati tənbeh növü tətbiq edilmiş şəxsdən alınan sənədlər ona qaytarılır.
153.5. Nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması müddəti qurtardıqda, sürücülük vəsiqəsi aşağıdakı qaydada qaytarılır:
153.5.1. nəqliyyat vasitəsini idarə etmək hüququ bir ildən çox müddətə məhdudlaşdırılmış şəxslərə nəqliyyat vasitəsini idarə etmək vərdişləri üzrə təcrübi imtahanı müvəffəqiyyətlə verdiyi gün;
153.5.2. nəqliyyat vasitəsini idarə etmək hüququ bir il və daha az müddətə məhdudlaşdırılmış şəxslərə imtahansız, həmin müddət bitdiyi gün.
153.6. Nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs barəsində bu Məcəllənin 511.2 və 529.3-cü maddələrinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması barədə qərar qəbul edildikdə, sonuncu qərara əsasən nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması müddəti əvvəlki qərara əsasən təyin edilmiş nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması müddətinin son günündən etibarən hesablanmağa başlayır.
 
Maddə 97. Nəqliyyat vasitələrinin saxlanılması
 
97.1. Bu Məcəllənin 346.1 və 346.2-ci maddələrində nəzərdə tutulan inzibati xəta törədildiyi halda (əgər sürücü həmin nəqliyyat vasitəsinin yanında deyildirsə), həmçinin bu Məcəllənin 96.1-ci maddəsində göstərilən hallarda nəqliyyat vasitəsi müvəqqəti olaraq müvafiq icra hakimiyyəti orqanının mühafizə olunan duracağında saxlanılır.
97.2. Nəqliyyat vasitəsinin saxlanılması səbəbinin aradan qaldırıldığı barədə lazımi sənədlər təqdim edildikdən və ya xətaya görə inzibati tənbeh verildikdən, nəqliyyat vasitəsinin duracağa gətirilməsi və onun orada saxlanılması üçün haqq ödənildikdən dərhal sonra, saxlanılmış nəqliyyat vasitəsi sahibinə qaytarılır.
97.2-1. Bu Məcəllənin 353-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyi halda nəqliyyat vasitəsinin nəzarət məntəqəsində saxlanılması üçün haqq ödənildikdən sonra, saxlanılmış nəqliyyat vasitəsi sahibinə qaytarılır.[12]
97.3. Nəqliyyat vasitəsi dayanma və durma qaydalarının pozulduğuna görə, inzibati cərimənin müəyyən edilmiş müddətdə ödənilməməsinə görə tətbiq edilən nəqliyyat vasitəsinin saxlanılması barədə qərara əsasən müvafiq icra hakimiyyəti orqanının mühafizə olunan duracağına gətirilmişdirsə, nəqliyyat vasitəsinin sahibi və ya inzibati xətanı törətmiş şəxs inzibati cəriməni (müvafiq olaraq hesablanmış dəbbə pulu daxil olmaqla) və nəqliyyat vasitəsinin duracağa gətirilməsi və onun orada saxlanılması üçün haqqı həmin yerdə plastik kart və ya internet vasitəsilə ödəyə bilər. Bu halda sürücüyə müvafiq inzibati xəta haqqında protokolun, inzibati tənbeh tətbiq etmə haqqında qərarın surətiverilir və saxlanılmış nəqliyyat vasitəsi dərhal sahibinə qaytarılır. Nəqliyyat vasitəsi onun saxlanılması barədə qərara əsasən müvafiq icra hakimiyyəti orqanının mühafizə olunan duracağına gətirilmişdirsə, bu qərarın surəti də sürücüyə verilir. Sürücü inzibati cəriməni nəqliyyat vasitəsinin gətirildiyi yerdə ödəməkdən imtina etdikdə, inzibati xəta haqqında iş üzrə icraat bu Məcəllədə nəzərdə tutulmuş qaydada həyata keçirilir.
97.4. Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlər üzrə sənədləri ünvan sahibinə onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapılmaması və onunla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin olmaması səbəbindən 10 gün müddətində bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş qaydada çatdırmaq mümkün olmadıqda, həmin sənədlərin surətinin verilməsi məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən nəqliyyat vasitəsinin dayandırılaraq müvafiq sənədin təqdim edilməsi barədə qərar qəbul edilir. Bu halda saxlanılmış nəqliyyat vasitəsinin istifadəçisinə həmin sənədlərin surəti təqdim edildikdən və müvafiq qeydlər aparıldıqdan dərhal sonra nəqliyyat vasitəsi buraxılır.
97.5. Nəqliyyat vasitəsinin saxlanılması iki nüsxədə olan aktla rəsmiləşdirilir, onun birinci nüsxəsi inzibati xəta haqqında protokola əlavə edilir, surəti isə nəqliyyat vasitəsini idarə edən şəxsə verilir.
DAHA ƏTRAFLI GƏLƏN SAYIMIZDA….
KORRUPSİYA.AZ
Paylaş