Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən istintaqı tamamlanaraq məhkəmələrə göndərilən 206 cinayət işinin çoxu bank sektoru ilə bağlı olub

2015-ci ildə bank sektoru ilə bağlı 29 cinayət işi üzrə 48 şəxs məsuliyətə cəlb olunub. Neftin qiymətindəki kəskin azalma ölkə iqtisadiyyatında ciddi fəsadlarla müşayət olunan zəlzələ effekti yaratdı. Milli valyuta manat bir ildə iki dəfə – umumilikdə isə 98% dəyərinı itirdi.

Olkə bir iqtisadi formasiyadan digərinə keçdi. Leksikonda Azərbaycan insanına tanış olmayan yeni ifadələr yer aldı – üzən valyuta.

Sadə ölkə vətəndaşının real vəziyyətdə ən ciddi problemi isə banklara müxtəlif məbləğli kreditlərin ödənilmə mexanizmidir. Bankları isə mövcud durumda düşündürən yalnız bir amildir, sadəcə qazanmaq.

Əhalinin bank kreditlərinin statistikasını açıqlayan Mərkəzi Bank hələ aylar öncə 3 milyon yarımdan çox insanın banklara borclu olduğunu bildirmişdi.

Bu rəqəm təxminən 9 milyon 500 min olan əhalinin 26 %-dən çoxu deməkdir. Yəni Azərbaycanda hər 4 nəfərdən birinin kredit borcu var.

İqtisadçılar, o cümlədən beynəlxalq maliyyə qurumları Azərbaycanda fəliyyət göstərən bankların ölkə əhalisinin sayına nisbətdə olduqca çox olduğunu qeyd edirlər.

Lakin bu məsələyə bank sektorundakı real durum müstəvisindən nəzər yetirəndə əslində 40-dan çox bankın bir neçə nəfərə məxsus olduğu məlum olur. Yəni bu məmləkətdə yalnız banan və ya badımcan deyil, həm də bank oliqarxları mövcuddur.

Bank cinayətləri ilə bağlı yeni həbslər başlana bilər. Azərbaycan Beynəlxalq Bankın sabiq müdiri Cahangir Hacıyevin həbsi ilə bank cinayətkarlarının məsuliyyətə cəlb olunması məhdudlaşmayacaq.

“Tərəfimizdən bank işləri ilə bağlı müxtəlif cinayət işlərinin istintaqı aparılır. İbtidai araşdırmalar da gedir”.

Bunu baş prokurorun müavini – Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev deyib.

K.Əliyev bildirib ki, Maliyyə Bazarlarına Nəzarət Palatası və Hesablama Palatası tərəfindən aparılan araşdırmalar Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndərilir və araşdırılır.

“Bank sahəsinin öz qanunları var. Biz bu xətti gözləməliyik ki, bank sektorunun fəaliyyətinə mane olmayaq. Bu, həm də özəl sektora aiddir.

Bu araşdırmalar sektorun inkişafına təkan verməlidir. Biz cinayət təqibi vasitələrindən son zərurət kimi istifadə edirik. Yalnız açıq-aydın mənimsəmə faktları olduqda, birbaşa müdaxilə edirik.

Hər pozuntu cinayət deyil. Bank qanunvericiliyinin pozulması, hansısa inzibati pozuntular, səhlənkarlıqlar ola bilər. Ona görə də çalışırıq ki, bu sahədə diqqətli, həssas olaq.

Bu məsələdə bank mütəxəssislərinin köməyindən də istifadə edirik. Biz hüquqşünasıq, məsuliyyəti həddindən artıq üzərimizə götürmək də düzgün olmaz”. Ulus.az

Paylaş