Əmlak məsələləri üzrə dövlət komitəsinin bəzi məmurları vətəndaşa aid qeyr-yaşayış sahəsini başqasına satıb

Bakı sakini Nizami Səmədov Miq.Az-a müraciət edərək Əmlak məsələləri üzrə dövlət komitəsinin bəzi işbazlarının haqsızlığı ilə üzləşdiyini bildirir.

Şikayətçi bıldirir ki, 13 il əvvəl o vaxtkı qaydalara uyğun rəsmi olaraq sərəncamına verilən, min bir əziyyətlə və borc-xərclə təmir edərək istifadə üçün yararlı hala saldıği 16 kvadrat metrlik zirzəmi sahəsini hərrac adı ilə faktiki olaraq ondan almağa çalışırlar. Sənədləri təqdim edərək fikrini əsaslandıran Nizami Səmədov deyir ki, 2004-ci ilin sonlarında «Avtombilçi-2» MTK məxsus Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti12/26 saylı ünvandakı yaşayış binasının 9-cu girişdə 16, kv.m olan qeyri-yaşayış zirzəmi sahəsinin ona verilməsi barədə ərizə ilə müraciət etmişdir.

Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 283 saylı «06» dekabr 2004-cü il tarixli sərəncamı ilə təsdiq olunmuş və Bakı Şəhər İcra Hakimiyyəti Başçısının aparatı yanında mənzil məsələləri üzrə ictimai komissiyasının iclasının 1213 saylı «03» dekabr 2004-cü il tarixli protokolu ilə yuxarıda göstərilən qeyri yaşayış sahəsinin verilməsi barədə MTK-nın ümumi iclasının 19.11.2004-cü il tarixli (2 saylı protokol) qərarı baxılmaq üçün komissiyaya çxarılmışdır.

Bakı Şəhər İcra Hakimiyyəti Başçısı cənab H. Abutalıbov tərəfindən «06» dekabr 2004-cü il tarixdə 283 saylı protokol təsdiqlənmişdir.

2004-cü il tarixindən də sözü gedən qeyri yaşayış sahəsi ərizəçinin istifadəsindədir. Bundan əlavə o, Yasamal rayonu, Yasamal Bələdiyyəsinə əmlak vergisi ödəmiş, “Azərişıq” ASC və Su idarəsi, telefon qovşağı, internet xidməti və sairləri ilə müqavilə bağlamışdır.

Ancaq onun heç bir məlumatı olmadan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 2017-ci ildə keçirilən hərracların birində onun istifadəsində olan qryri-yaşayış sahəsi istifadəsiz obyekt adı ilə guya Hüseyn adlı şəxsə satılmışdır. Halbuki əgər həmin sahə əgər hərraca çıxarılırdısa bu işdən zirzəmıdən faktiki istifadə edən şəxsin yəni, onun xəbəri olmalı idi və həmin yaşayış sahəsi hal-hazırda istifadəsində olan Səmədov Nizami Sultan oğluna təklif olunmalı idi. Əslində bunun heç biri “hərracseverlər” tərəfindən edilməyib və faktiki xəlvət yolla saxta bir “hərrac işbazlıq səhnəsi” oynalınıb. Yəni başqasının istifadəsində olan qeyri-yaşayış sahəsi kiminsə adına özəlləşdirilməyə çalışılıb.Bu isə uzun illər tikintisi yarımçıq qalmış binanın tamamlanıb istifadəyə verilməsində böyük əmək və xeyli vəsait sərf etmiş Nizami Səmədovun faktiki olaraq kooperativin üzvü kimi maraqlarına toxunaraq, hüquqlarının kobud şəkildə pozulması deməkdir. Pozulmuş hüquqlarının bərpası üçün Nizami Səmədov məhkəməyə üz tutsada deyirki, təəssüfki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi məsələyə qanun yox, qarşı tərəfi təmsil edən təşkilatın rəhbərinin şəxsi nüfuzuna uyğun münasibət göstərməyə üstünlük vermişdi. Buna görə də şikayətçi məhkəmənin qərarından digər instansiyalara şikayət etmişdir. Nizami Səmədov bildirir ki, əgər həmin instansiya məhkəmələr də Əmlak Məsələləri Dövlət Komitəsinin “nüfuzu” (qanun yox!!) qarşısında acizlik göstərsə, onda pozulmuş hüquqlarının bərpası üçün o, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və ölkənin birinci vitse- prezidenti Mehriban xanım Əliyevaya müraciət edərək bu məsələni şəxsi nəzarətə götürməyi xahiş etmək məcburiyyətində qalacaq.

Paylaş