Nazirlər Kabinetində ixtisarlar gözlənilir

Büdcə xərclərinin optimallaşdırılması istiqamətində işdən çıxarılan dövlət qulluqçuları olacaq.

Nazirlər Kabinetinin aparatının demək olar ki, yarıba-yarı azaldılacağı nəzərdə tutulur. Bu barədə gununsesi.info-ya verilən məlumatda da bildirilir ki, Prezident Administrasiyasından fərqli olaraq Nazirlər Kabinetində daha ciddi ixtisarların həyata keçirilməsi nəticəsində, maksimum yığcamlaşdırılması nəzərdə tutulur.

Çünki Nazirlər Kabinetində bu cür ciddi ixtisarlara getmədən ali icra strukturunda aparılan struktur islahatlarının aparılmasını əhəmiyyətsiz edir.

Ona görə də Nazirlər Kabinetində nəzərdə tutulan bir neçə variant üzrə islahatların aparılması üzərində iş gedir.

Burada baş nazir müavinləri saxlanılmaqla, onların sayının minimuma endirilməsini və yaxud köməkçi institutu da formalaşdırılacağı təqdirdə onların da sayının minimum olması nəzərdə tutulur. Bu gün baş nazirin 6 müavini var, islahatlar nəticəsində isə onların 3-ə endirilməsi gözlənilir.

Bir neçə ay əvvəldən NK-nin fəaliyyətinin məhdudlaşması planlaşdırılırdı.
 
Referendumdan sonra bu qurum öz əhəmiyyətini itirməkdədir. PA rəsmiləri də qeyd edirdilər ki, NK islahatların lokomotivi ola bilmədi.

Nazirlər Kabinetində bu cür ciddi ixtisar aparmadan yığcam, qənaətcil, çevik optimal idarəetmə aparatını formalaşdırmaq mümkün deyil.

Nazirlər Kabinetində həyata keçirilən islahatlarla paralel və onun ardınca digər oxşar və fəaliyyətində paralellik təşkil edən strukturların birləşdirilməsi və ixtisarı prosesi gedəcək.

Hətta bəzi nazirliklərin, dövlət komitələri, xidmətləri, agentliklərinin ləğvi, birləşməsi və bunun əsasında yeni strukturların yaradılması nəzərdə tutulur.

Konsititusiya dəyişikliyi ilə bağlı referendumdan sonra islahatların lokomotivinə çevrilə bilməyən Nazirlər Kabinetinin tam tərkibdə istefaya göndəriləcəyi gözlənilirdi.

Hesab olunurdu ki, hakimiyyət əsasən yaşlı və islahata meyilli olmayan nazirlərdən ibarət komandanı dəyişəcək.

Hökumət rəsmiləri də islahatlara gediləcəyi haqqında fikirlər səsləndirməklə bu gözləntini müəyyən qədər də olsa, gücləndirmişdi. Hətta islahat proqramının hazır olduğu vurğulanmışdı.ulus.az

Paylaş