Balakən rayonu Qullar kənd sakini Keriyov Abdulətif Abdulsəməd oğlu tərəfindən şikayət məktubu göndərilib
A.Keriyov 9 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin müdiri Əlikram Qasımovdan narazıdır.
Onun sözlərinə görə, şöbə müdiri vəzifə səlahiyyətlərindən sui-istifadə edərək arıçılığın inkişafına maneələr yaradır: “Hansı ki, prezident cənab İlham Əliyev arıçılığın inkişaf etdirilməsi üçün xüsusi tapşırıqlar vermişdir.
Biz uzun illərdə arıçılıqla məşğul oluruq .Balakən rayonunun Qullar kənd ərazisində meşə zolağında arı saxlayırıq. Burada eyni meşə zolağında 50 dən çox arıçılıqla məşğul olan şəxs var. Təxminən 4000-5000 arı yeşiyimiz (arı ailəsi) var.
9 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin müdiri Əlikram Qasımov hər bir arı yeşiyinə görə bizdən 2 manat pul istəyir.
Bu isə ayda hesablayanda 10.000 manat pul edir. Biz bunun qanunsuz olduğunu bildirdikdə bizə bildirir ki, guya baş nazir Artur Rəsizadənin bu barədə qərarı var. Ancaq biz öyrəndik ki, cənab baş nazir Artur Rəsizadənin belə bir qərarı yoxdur”.
A.Keriyov ortada rüşvətin olduğunu bildirib: “Ödənilən pula qəbz verilmir, buna dair heç bir sənədi bizə təqdim etmir.
9 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin müdiri Əlikram Qasımov yalandan Artur Rəsizadənin adından istifadə edib cibini doldurur.
Biz mətbuat vasitəsi ilə prezident cənab İlham Əliyevdən xahiş edirik bizə kömək edin. Baş nazirin adından istifadə edib korrupsiya əməlləri ilə məşğul olub arıçılığın inkişafının qarşısını alan 9 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin müdiri Əlkiram Qasımovun barəsində ciddi tədbirlər görəsiniz.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qaynar xətinə etdiyimiz şikayətə baxılmaması onu deməyə əsas verir ki, müdir Əlikiram Qasımov bu işi tapşırıq əsasında həyata keçirir. Əlaqə telefonu; 050 343-87-21”.Ulus.az