“Jurnalist məndən şərikli iş üçün aldığı pulu qaytarmaqdan boyun qaçırır. Bu sözləri bizimyol.info saytına müraciətində Azərbaycanlı iş adamı deyib.
Şikayətçinin sözlərinə görə, bir neçə il bundan qabaq “Azadlıq” radiosunun Azərbaycan redaksiyasının əməkdaşı Elxan Nəsibov ondan şərikli iş görmək adı ilə külli miqdarda pul alsa da, bu günə qədər qaytarmayıb: “Hər dəfə bir bəhanə gətirərək pulumu ödəməkdən qaçır. O, Praqada yaşayır və işləyir deyə özü ilə canlı ünsiyyət imkanlarım məhduddur. Yalnız telefonla danışmaq mümkün olur. Azərbaycana da uzun zamandır gəlmir. Bundan istifadə edərək həmin şəxs mənim tələblərimdən yayınır. Hər dəfə bir vəd verib uzadır. Ancaq belə davam etsə, mən “Azadlıq” radiosunun və onun Azərbaycan redaksiyasının rəhbərliyinə müraciət etmək, başqa hüquqi addımlar atmaq məcburiyyətində qalacam. Hələliksə sizin sayt və qəzet vasitəsilə son xəbərdarlığımı edirəm. Sizdə çap olunduqdan sonra həm bu yazını, həm də ayrıca öz müraciətimi ABŞ – nın ölkəmizdəki səfirinə və Dövlət Departamentinə, Azadlıq radiosunu maliyyələşdirən ABŞ Konqresinə göndərəcəm. Sonrakı prosedurları daha da sərtləşdirəcəyəm. Artıq heç kimə güzəşt etməyəcəm. İş adamı bildirir ki, Elxan Nəsibov ondan dəfələrlə müxtəlif müddətlərə möhlət istəsə də, sözünə əməl etməyib: “Bu adam öz hərəkətləri ilə təmsil etdiyi jurnalistika sahəsinə, əməkdaşı olduğu qurumun adına və “Azadlıq” radiosunun məxsus olduğu dövlətin nüfuzuna xələl gətirir”.
Belə bir yazı bizimyol.info saytında bir neçə ay bundan qabaq dərc olunmuşdu. Dünən redaksiyamızla əlaqə saxlayan iş adamı “Azadlıq” radiosunun əməkdaşının hələ də pulu qaytarmaqdan yayındığını dedi. İş adamı bildirir ki, E.Nəsibovun yalan vədlərindən artıq bezib, həmin şəxs aldığı pulu geri ödəməsə, bütün adekvat addımları atacaq: “Azadlıq” radiosunda düzlükdən danışır, hamını yerli-yersiz tənqid edir, ancaq bu radionun damı altında gizlənən əməkdaşının dələduzluğuna, fırıldaqçılığına, yalançılığına, başqasına məxsus pulu mənimsəməsinə münasibətini hələ ki bildirməyib, Buna görə də E.Nəsibovun işlədiyi bu qurum onun əməllərini sanki səssizcə bölüşür”.
Iş adamı deyir ki, E.Nəsibovdan öz halal pulunu sona qədər tələb edəcək və onun əməllərinə lazimi qiymət verilməsi üçün qanun çərçivəsində bacardığı hər şeyi edəcək.
Bu arada “Azadlıq” radiosunun Azərbaycan Mərkəzinin direktoru İlkin Məmmədov bizimyol.infoya deyib ki, saytın sorğusu əsasında araşdırma aparılacaq.
bizimyol.info