Yaxud, Suraxanı DYP əməkdaşının qeyri-adi davranışını necə izah etmək olar?
Yol Patrul Xidməti əməkdaşlarının kobudluğu, qanuna hörmətsizliyi, rüşvətxorluğu və digər əməlləri barədə hədsiz sayda şikayətlər, faktlar, çəkilişlər, yazılar və s. olmasına baxmayaraq, bu sahədə müsbətə doğru hər hansı addım görmək mümkün olmur. Yenə “köhnə hamam, köhnə tas”.
Belə görünür ki, vətəndaşla birbaşa ünsiyyətdə olan bu paqon daşıyıcılarının böyük qisminin qanun barədə biliklərlə bərabər, əməlli-başlı ədəb-ərkan dərslərinə ehtiyacı var. Yuxarıda sadalanan neqativ hallara YPX haqqında qanunun tətbiqi zamanı göstərilən ayrıseçkiliyi də əlavə etmək olar. Belə ki, bir çox hallarda eyni yerdə, eyni vaxtda və eyni qayda pozuntusu edən bir sürücüyə cərimə tətbiq edildiyi halda, hansısa(!) səbəblərdən digərlərinə həmin cəza tətbiq edilmir – ötən gün redaksiyamızın əməkdaşlarından birinin şahidi olduğu kimi.
Məlum idman yarışlarına hazırlıqla bağlı dünən paytaxtın mərkəzi hissəsindəki Azadlıq prospektinə təhkim olunan Suraxanı YPX-nın əməkdaşı Natiq Bəhruz oğlu Səmədov bu sarıdan nümunəvi xidmətilə seçilir(!) desək, yanılmarıq. Əməkdaşımız bildirir ki, Azadlıq prospektində dayanma-durma qadağan olunan hissədə avtomobillərin şəklini çəkən həmin əməkdaş nədənsə eyni sırada olan təxminən 10 avtomobildən 2-ni cərimələyib. Digərlərini isə məlum olmayan səbəbdən görməzdən gəlib.
Bildiyimizə görə, hər halda YPX haqqında qanun və təlimatda ayrıseçkiliklə bağlı maddə yoxdur. Bununla bağlı iradını bildirən və qanunun hamı üçün eyni olduğunu, ya hamıya aid edilməli, ya da hamıya güzəşt edilməli olduğunu deyən əməkdaşımıza isə həmin inspektor kobud formda cavab verib. Protokol hazırlanan vaxt prosesin bitməsini gözləyən və bu zaman əlini YPX avtomobilinin üstünə, sakitcə, ona heç bir xələl yetirmədən qoyan əməkdaşımızın haqlı iradından hiddətlənən inspektor daha sonra lap özündən çıxıb və ondan kobud formada əlini avtomobildən çəkməsini tələb edib. Görünür, bu vaxt hörmətli inspektor özünü “Maşın-şou”nun aparıcısı rolunda hiss edib…
Ya da təmsil etdiyi qurumu o qədər təmiz, şəffaf, billur kimi parlaq hesab edir ki, ona aid avtomobili də müqəddəs sayır! Anlamaq olmur, heç bir xəsarət və təhlükə yaratmayan bir formada YPX avtomoibilinə əllə toxunmaq nə vaxtdan qanunazidd sayılır? Həmin YPX əməkdaşının qanunun tətbiqilə bağlı arxayın formada ayrıseçkiliyi və üstəgəl sürücü ilə kobud rəftarı göstərir ki, o və onun kimilərin hərəkətlərinə YPX rəhbərliyində göz yumulur və heç bir cəza tətbiq olunmur.
SURAX
Yeri gəlmişkən xatırladaq ki, xeyli müddət Suraxanı DYP-nin rəisi vəzifəsində daxili işlər nazirinin müavini olmuş general Əsgər Ələkbərovun oğlu Emin Məmmədov işləyib. Ondan nazirliyə və digər orqanlara çoxlu sayda şikayətlər daxil olması səbəbilə vəzifəsindən azad edildi.
Hazırda bu vəzifəni Sadiq Abbasov tutur. Ancaq rəis dəyişsə də, görünür Suraxanı DYP-nin “iş prinsipləri” dəyişmir ki, dəyişmir.
Paylaş