Milli Məclisin üzvü və İmişlinin deputatı Əsabil Qasımov 6 ildən çoxdur bizə borcludur, amma qaytarmır”.
KORRUPSİYA.AZ criminal.az-a istinadən xəbər verir rki, bunu Qarabağ müharibəsi veteranı Habil Cəfərov bildirib. Onun sözlərinə görə, Ə.Qasımov borcunu qaytarmaq əvəzinə, onu həbs etdirməklə hədələyir.
Millət vəkilinin olduğu bildirilən “Karat MTK”nın dəmirlə (armatur) təmin edilməsində vasitəçilik etmiş H.Cəfərovun sözlərinə görə, 2002-ci ildən millət vəkilinin holdinqinə daxil olan bütün şirkətləri armaturla tımin edib: ”İşbirliyi 2014-cü ilə, daha dəqiq desək, keçmiş ”Qaqarin körpüsü”nün yaxınlığndakı “Azinvest” iş mərkəzinin tikintisinə kimi davam edib. “Karat MTK”ya verdiyim 85 min dollarlıq malın pulunu ödəməkdən imtina etdilər. Onun tikinti işlərinin bir qoluna xalası nəvəsi və qardaşının qaynı olan Qərib Əmiraslanov nəzarət edirdi. Sonradan Qəribi yeyinti hallarına görə uzaqlaşdırdılar. Elə o vaxtdan mənim pulumu vermirlər. Səbəb də göstərirlər ki, Qəribin kəsiri olub. Bunun mənimlə nə əlaqəsi var? Mən mal vermişəm, pulun almalıyam. Onların şirkətində hansı işlər görməsinin, problemlərinin mənimlə nə əlaqəsi?”
H.Cəfərov deyir ki, hətta bir dəfə tikintidə Ə.Qasımovla görüşsə də, heç bir nəticəsi olmayıb: ”Pulun ödənilməsini istədim, əvəzində məni hədələdi. Dedi səni həbs etdirərəm”.
Şikayətçi bildirir ki, “Karat” MMC deputat Ə.Qasımov tərəfindən yaradılıb və o, 2010-cu ildə deputat seçilənə qədər şirkətin prezidenti olub, birbaşa rəhbərliyi də özü həyata keçirib. “Karat” MMC 2008-ci ildən mənzil-tikinti kooperativi kimi qeydə alınıb. 2006-cı ildən isə “Karat” MMC-nin də daxil olduğu “Karat Holdinq” yaradılıb. “Karat Holdinq”in tərkibinə daxil olan “Karat” MTK, “İdeal” MMC, “İzmir” MMC; “Azinvest” tikinti şirkəti; “Everest-M”, Hökməlidə makaron fabriki; Hökməlidə kisə fabriki; “ASTEL” MMC; taxıl anbarları və dəyirman kompleksləri (Şəkidə, Kürdəmirdə, Marneulidə və Gürcüstanın müxtəlif bölgələrində); “Gəncə Fatoğlu” (un dəyirmanı); Bakı şəhəri, Zərifə Əliyeva küçəsində 18 mərtəbəli iki “Marina Plaza” oteli; Zərifə Əliyeva küçəsində iki mərtəbəli restoran; Bakı şəhəri, Səməd Vurğun küçəsində “Ağ saray” binası; Bakı şəhəri, Xan Şuşinski küçəsi, 12, İmran Qasımov küçəsi 16, Qulu Quliyev küçəsi, 21 və Süleyman Rüstəm küçəsi, 61-də yerləşən 18 mərtəbəli dörd bina; İzmir küçəsi, 7A və 7B-də yerləşən 19 mərtəbəli iki bina; Zərifə Əliyeva küçəsi 53-də yerləşən 23 mərtəbəli bir bina; Süleyman Rüstəm küçəsi 61-də yerləşən “Premium Market” və obyektlərin tikintisində əməkdaşlıq edib.
Şikayətçi sonda əlavə etdi ki, Ə.Qasımovun oğlu Taleh ləğv edilmiş Milli Təhlükəsizlik Nazirlyinin əməkdaşı olub. azxeber.com