Mənimsəmədə təqsirləndirilən “Azərbaycan Sənaye Sığorta” ASC-nin Sumqayıt filialının sabiq müdiri Ceyhun Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hakimlər kollegiyasının hökmü ilə C.Əsgərov 7 il azadlıqdan məhrum edilib.
Onun barəsində Cinayət Məcəlləsinin (CM) 70-ci maddəsi tətbiq olunaraq, şərti cəza verilib.

Qeyd edək ki, C.Əsgərov “Azərbaycan Sənaye Sığorta” ASC-nin Sumqayıt filialının sabiq müdiri vəzifəsində çalışıb. O, həmin şirkətdə çalışarkən özgənin əmlakını – 91 min 23 manat pulunu mənimsəmə yolu ilə ələ keçirib. C.Əsgərov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunub. Onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. Məhkəmə istintaqı dövründə C.Əsgərov dəymiş ziyanı ödəyib. (Lent.az)

Paylaş