Bu ilin əvvəlində Prezidentin məmurlar tərəfindən zəbt edilmiş torpaqların geri qaytarılması barədə verdiyi fərmana baxmayaraq hələ də icra hakimləri öz əməllərindən geri qalmır. İcra hakimiyyətləri və bələdiyyələr tərəfindən əkin sahələrinin satılması, məmurlar tərəfindən torpaqların zəbt edilərək malikanələr, ticarət obyektləri tikilməsi davam etdirilir.

Xaçmaz rayonunda da İcra başçısı Şəmsəddin Xanbabayev Xaçmaz və Xudat şəhərlərində prakları, yol kənarındakı torpaqları, hətta səkiləri belə satır. Satılan torpaqların yerində isə villalar, ticarət obyektləri tikilir. Obyektlər yola o qədər yaxın tikilir ki, insanların səki ilə gediş-gəlişinə maniə dörədir və bu da insanlarda haqlı narazılığa səbəb olur. Baş verənlərlə bağlı jurnalist Cəmill Məmmədli özünün feysbuk səhifəsində bir neçə video paylaşıb. Bu videoçəkilişlər baş verənləri çılpaqlığı ilə ortaya qoyur.

KORRUPSIYA.AZ BakuNews.az  saytına istinadən həmin videoları oxuculara təqdim edir:

Paylaş