Nəqliyyat Nazirliyinin ölkənin büdcəsindən ən çox vəsait ayrılan qurum olduğu vaxtlarda Ziya Məmmədov da gur-gur guruldayırdı: qoçuları şofer bilmir, jurnalist demir, əlinə keçəni qanına qəltan edib, şül-küt edirdilər.
 Sanki nazir bir banda saxlayırdı. O müfəttişlər də qudurğanlıqdan həzz alırdılar, bu günün sabahını fikirləşmirdilər.

Ziya Məmmədov həqiqətən kriminallaşmış, harınlamış və heç kəsi saymayan nazirə çevrilmişdi. İndi xalqdan oğurladığı pullarla yığdığı var-dövlətin, qurduğu biznesin əlindən necə alındığına dinməz-söyləməz tamaşa edir, səsi də çıxmır.

Eyni zamanda MTN şefi Eldar Mahmudov, sabiq əmək naziri Füzuli Ələkbərov, keçmiş müdafiə naziri Səfər Əbiyev, onların ardınca gəlməkdə olan əmlak komitəsi sədri Kərəm Həsənov, maliyyə naziri Samir Şərifov, kənd təsərrüfatı naziri Heydər Əsədov əslində hakimiyyətin “B” planının gerçəkləşməsidir.

İqtidar komandası yenilənir və prezident artıq oliqarxlaşmış, pullanmış, büdcəni talamış və böyük imkanlara sahiblənmiş nazirləri sıra ilə yola salır.

Dövlət başçısı etimadı itirmiş, vətəndaşların narazılıq etdiyi məmurları işdən çıxarır, nazirləri vəzifəsindən qovur, qurumları birləşdirir.

Eldar Mahmudov, Ziya Məmmədov və başqa məmurların vəzifəsini itirmələri dövlət başçısının reformlarıdır. Prezident güvəndiyi və xalqa xidmət edən komanda yaradır.

Prezidentin güvləndiyi kadrlar irəli çəkilir. Araşdırma qrupunun gəldiyi nəticə ondan ibarətdir ki, prezident komandasında bu kadrlar xalqın və rəhbərliyin etimad göstərdiyi məmurlardır.

Hazırladığımız siyahıda I vitse-prezident Mehriban Əliyeva, Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, prezidentin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərov, Dövlət Təhlükəsizlik Xidməti rəisi Mədət Quliyev, Daxili İşlər naziri Ramil Usubov, Baş Prokuror Zakir Qaralov, Müdafiə naziri Zakir Həsənov və fövqəladə hallar naziri Kəmaləddin Heydərov ilk səkkizlikdir.

Hakimiyyət artıq odiozlaşmış, varlanmış və özünü dövlət içində dövlət sayan məmurlarla vidalaşmaq xəttini seçib.

Bu proje hakimiyyətin içibndən təmizlənməsi prosesidir ki, davamının gələcəyi şübhə doğurmur. Prezident sağlam komanda ilə işləmək arzusundadır.

Çünki vaxtilə həmin nazirlər, məmurlar dövlətin idarəçiliyinə, vətəndaş-iqtidar münasibətlərinə ağır zərbələr endiriblər. Bu da ciddi fəsadlar yaradıb, xalqın hökumətə inamsızlığına gətirib çıxarıb. ulus.az

Paylaş