KORRUPSİYA.AZ -ın redaksiyasına Laçın rayon sakini hal-hazırda Ağcabədi rayon Taxta-Körpü ərazisində Şeylanlı Obasında Müvvəqəti Məskunlaşmış Xudayarov Baxşeyiş Salyan oğlu tərəfindən şikayət ərizəsi daxil olmuşdur.Həmin şikayəti nəzərinizə çatdırırıq:
Azərbaycan Respubilkasının Prezidenti
İlham Əliyev Cənablarına
Surəti: Azərbaycan Respublikasının birinci
vitse-prezidenti Mehriban Xanım Əliyevaya
Surəti: Azərbaycan Respublikasının Maliyyə naziri
Samir Şərifov cənablarına
Surəti: Baş prokuroru yanında Korrupsiyaya qarşı
Mübarizə Baş İdarəsinin Rəisi
Kamran Əliyev cənablarına
Laçın rayon sakini hal-hazırda Ağcabədi rayon Taxta-Körpü ərazisində Şeylanlı Obasında Müvvəqəti Məskunlaşmış Xudayarov Baxşeyiş Salyan oğlu tərəfindən
ƏRİZƏ
Bildirirəm ki, Dövlət Maliyyə Nəzarəti Xidmətinin 10 saylı Regional Maliyyə Müfəttişliyinin rəisi Ədalət Nəbiyevin rəhbərliy etdiyi yoxlama komissiyasının üzvləri üç aydan çoxdur ki, Laçın rayon orta məktəblərində 12 ilin maliyyə yoxlamaların apararkən ciddi maliyyə pozuntularına yol verildiyi aşkarlanıb.Küllü miqdarda dövlət vəsaitinin mənimsənilməsi faktların ört-basdır etmək üçün Ədalət Nəbiyev «Maliyyə Naziri Samir Şərifova və Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi Cavanşir Yusifova çatacaq» hesab adı altında məktəb direktorlarından təsil şöbəsinin müdri Nicat Həsənovun vasitəçiliyi ilə rüşvət yığır. Məktəb direktorları onlardan tələb olunan yüksək məbləğdə rüşvəti özləri ödəmək iqtidarında olmadıqları üçün kütləvi şəkildə müəllimlərdən toplanılır.

Məsələn: Ədalət Nəbiyevin rəhbərliy etdiyi yoxlama komissiyası Laçın rayon peşə məktəbində apardığı yoxlama zamanı 110 000 manat dövət vəsaitinin mənimsənilməsi faktları aşkar olub.Lakin Ədalət Nəbiyev 60 000 rüşvət qarşılığnda bu faktları ört-basdır edib.
Ədalət Nəbiyev aldığı yüksək məbləğdə rüşvətin izini itirmək üçün 10 il ərzində 100 000-150 000 manat dövlət vəsaiti mənimsənilmiş məktəbələrə 4000-5000 manat cərimə yazmaqla özünü sığortalayır.
Ədalət Nəbiyev Laçın rayon təhsil şöbəsinin tabeliyində olan 111 orta məktəbdən 12-də ümumiyyətlə yoxlama aparmayıb çünkü bu məktəblərin direktorları Laçın rayonunda yüksək vəzifəli məmurların qohumlarıdı tapşırılıblar.
Cənab Prezident sizin göstərişiniz əsasında Laçın rayon Təhsil Şöbəsində Azərbaycan Respublikasının Ali audit orqanı Hesablama Palatası yoxlama aparsa 10 il ərzində dövlətin 10 milyondan çox vəsaitinin talan edilib, təyinatı üzrə xərclənmədiyi və Ədalət Nəbiyevin dövlətə xəyanət etdiyi aşkar olar. Hörmətli Cənab prezident yazdığım faktlar təsdiqin Tapmadığı halda qanun qarşısında cavab verməyə hazıram.
Xudayarov B.

KORRUPSİYA.AZ OLARAQ MƏTNDƏ ADI KEÇƏN BÜTÜN ŞƏXSLƏRİN MOVQEYİNİ DİNLƏMƏYƏ HAZIRIQ.

KORRUPSİYA.AZ

Paylaş