Bakı Beynəlxalq Avtovağzal Kompleksi Məmmədovların nəzarətindən çıxmadı

Bu barədə Ulus.Az-ın apardığı araşdırma zamanı məlum olu. 

Belə ki, yeni mülkiyyətçi olan “Azerbaijan Graund Services” MMC şirkəti sabiq nəqliyyat naziri Ziya Məmmədovun iş adamı olan oğlu Anar Məmmədova məxsusdur.

Belə desək, avtovağzala mülkiyyətçilik keçmiş nazirin qardaşı Elton Məmmədovdan alınaraq Anar Məmmədova keçib.

Bakı Beynəlxalq Avtovağzalı Kompleksinin nazirliyin tərkibinə daxil olan təsərrüfat hesablı müəssisələr siyahısına daxil edilməsi istiqamətində iş aparılmır.

“Amma Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi nəqliyyat sahəsində dövlət siyasətini gerçəkləşdirən tənzimləyici mərkəzi icra hakimiyyəti orqanı olaraq, ölkənin sərnişindaşımada vacib strukturu olan Bakı Beynəlxalq Avtovağzalının fəaliyyətini diqqət mərkəzində saxlayır», – birləşmiş nazirliyin məktubunda belə yazılıb.

Əslində, hər gün avtovağzalda yüzlərlə sürücü keçmiş nəqliyyat naziri Ziya Məmmədovun “Azerbaijan Ground Services” MMC adlı şirkətinə haqq verməyə məhkum edilib.

Adıçəkilən MMC-nın qəbzini sürücülərə təqdim edən nəzarətçilər 1 manat giriş haqqı alırlar. Bu şirkətin rəsmi sənədlərdə kimə məxsus olması, həmin vəsaitlərin hara yönəldilməsi, bu pulların vergidən yayındırılması haqda müəmmalar var.

Sürücülər qeyd edirlər ki, avtovağzala girişin pullu olması qanunsuzluqdur və qərar ləğv olunmalıdır, həmin firma da kompleksdən uzaqlaşdırılmalıdır. Ancaq görünür ki, avtovağzalın mülkiyyətçiliyi bu soyğunçu şirkətə verilib.
“Azerbaijan Ground Services” MMC-nin işi avtovağzalın girişində dayanıb sürücüləri soymaqdır.

Əvvəllər bu işi keçmiş nazirin oğlu Anar Məmmədova məxsus “M-Trans” MMC həyata keçirirdi. İndi MMC dəyişib, amma nəzarət yenə ondadır.

Xatırladaq ki, tikintisi 80 milyon dollara başa gəlmiş Bakı Beynəlxalq Avtovağzalı Kompleksi Britaniya Virgin adalarında qeydiyyatda olan «Trans European Leasing Group» tərəfindən 2004-cü ildə təsis edilən “Baku XXI Əsr” MMC şirkətinə məxsusluğu bir neçə il əvvəl üzə çıxmışdı.

Məlum olmuşdu ki, həmin şirkətin təsisçisi və sahibi o vaxt deputat mandatı daşıyan Elton Məmmədovdur. Elton Məmmədov özü bu məlumatı təsdiq etmişdi.

Bu şirkətin internet saytında göstərilir ki, “Azerbajan Graund Services” 2016-cı ildə Vergilər Nazirliyində qeydiyyatdan keçib. Şirkətin saytında deyilir: 

“Azerbaijan Ground Services” MMC-nin fəaliyyətinin əsas istiqamətini Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi tərəfindən “Avtomobil nəqliyyatı ilə beynəlxalq və şəhərlərarası sərnişin daşımalarını həyata keçirmək üçün” verilmiş lisenziyalar əsasında şəhərlərarası və beynəlxalq sərnişin daşınmaları təşkil edir.

“Azerbaijan Ground Services” MMC Bakı Beynəlxalq Avtovağzal Kompleksində şəhərlərarası və beynəlxalq sərnişindaşıma üzrə avtovağzal xidməti göstərərək, bu sahədə xidmət səviyyəsini yüksəldir və fəaliyyət dairəsini genişləndirir.

Şirkət özünün internet saytında Bakı Beynəlxalq Avtovağzal Kompleksindən başqa, Yevlax, Ağsu, Quba və Ucar avtovağzalları haqda da məlumat verir.
Bu avtovağzalların bir çoxunun «ZQAN Konstrakşn» MMC və «Azərinşaatservis» MMC tərəfindən tikildiyi bildirilir.

«Azerbaijan Ground Services» MMC-nin direktoru Seymur Aslanovdur. Mətbuat onun 2015-ci ildə Bakı Beynəlxalq Avtovağzalının direktoru təyin olunduğunu yazır

Paylaş