“Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev vətəndaşları dinləmək istəmir”. Bu barədə DİA.AZ-a müraciət edən yerli sakinlər bildirib.
Gəncəlilər dia.az-a yazır: “Elə bil ki, Gəncənin xəlifəsidir. Artıq Gəncədən Bakıya – ayrı-ayrı dövlət qurumlarına şikayət etmək də çətinləşib. Elmar Vəliyev elə bir sistem qurub ki, hətta qonşu rayonların poçt idarələri də Gəncədən dövlət qurumlarına edilən şikayətləri ünvanına yollamırlar. Məktubların içi açılır. Hər kəs də birbaşa Bakıya gedib şikayət etmək imkanında deyil. Məcburuq ki, saytlar vasitəsilə sözümüzü dövlət orqanlarına çatdıraq”.
Narazı gəncəlilər adından dia.az-a edilən müraciətdə daha sonra yerli sakinlərdən 5-inə aid olan şikayət də yer alıb. Həmin şikayətləri yaxın vaxtlarda diqqətinizə təqdim edəcəyik.
Bizi izləyin. Qarşı tərəfi də dinləməyə hazırıq…