Qaradağ rayon icra başçısı Süleyman Mikayılova Naxçıvana getmək qadağan edildiyi xəbəri yayılıb
Onun Naxçıvana gedişinə qeyri-rəsmi qadağa qoyulub.
İddialara görə, S.Mikayılovla Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun münasibətləri ürəkaçan deyil.
İcra başçısı ilə Naxçıvan rəhbərinin arasında əlaqələr çoxdan korlanıb. Deyilənə görə, Talıbovun Mikayılovdan xoşu gəlmir və onu görən gözü yoxdur.
Ona görə də Naxçıvana səfərinə qeyri-rəsmi qadağa qoyub. Gundem-xeber.az yazıb ki, S.Mikayılovun da V.Talıbovdan çəkindiyi bildirilir.
Hətta əvvəllər, icra başçısı ona qarşı gedirmiş. Bu ədavətin səbəbləri detallı açıqlanmasa da, Qaradağ şefinin Naxçıvan “xan”ına qarşı çıxdığı vaxtlar olduğu iddia edilir.
Hətta onların vaxtilə bir komandada təmsil olunduqları, sonrada Mikayılovun qruplaşmanı tərk etdiyi xəbər verilir. Bu siyasi xəyanəti bağışlamayan V.Talıbov bu günə kimi S.Mikayılovu “qara siyahı”dan çıxarmayıb.
Başçı kluarlarda “mən Vasif Talıbova həmişə nifrət etmişəm” deyərək, heç vaxt ona tabe olmayacağını bildiribmiş.
S.Mikayılovun yaxın günlərdə Qaradağ rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən alınacağı söhbəti də daha çox danışılmağa başlanıb. Bu dəfə isə onun hər hansı vəzifəyə təyin olunacağı ciddi sual altındadır.
Mənbə bildirib ki, başçının yerinə təyin ediləcək adamın da adı səsləndirilir. Lakin bununla bağlı daha tutarlı arqumentlər qoyulmadığından kimliyini qeyd etmirik.
“Gündəm-xəbər” yazıb ki, sadəcə onun hazırda Milli Məclisdə təmsil olunduğunu deməklə hələlik kifayətlənirik. Məlumata görə, yaxın günlərdə S.Mikayılov haqda çox ciddi informasiyalar mediaya ötürüləcək.
Onun bəzi məclislərdə etdiyi çıxışların səs yazılarının, hansı ki, biz o çıxışlarda nələrin olduğunu hələ bilmirik, üstəlik, yol verdiyi korrupsiya əməllərinin, hətta guya saxta diplomunun olması ilə bağlı məlumatın mətbuatda geniş işıqlandırılması gözlənilir
Hazırda Qaradağ rayon icra hakimiyyətinin başçısı vəzifəsini tutan Süleyman Mikayılov görəv başında son günlərini yaşayır.
Amma deyəsən Qaradağ rayonu kimi “yağlı tikəni” əlindən çıxarmaq istəməyən Mikayılov güvəndiyi dairələrdən mədət umur.
Süleyman Mikayılov yaxşı bilir ki, təkcə elə Qaradağ ərazisindəki daş karxanalarından əldə etdiyi gəliri hətta bəzi nazirlər yuxularında belə görə bilməzlər. Buna görə də bir neçə dəfə Qaradağdan yola salınması məsələsi gündəmə gələndə israr edib.