Asif Əsgərov yuxarıları necə aldadır və nədən bir dəfə də olsa rayonun hansısa küçəsini belə ziyarət etməyib?

Bu gün Azərbaycanda, əsasən də Bakıda quruculuq işlərinə xüsusi diqqət ayrılır və şəxsən prezident İlham Əliyev bu proseslərə nəzarət edir. Əsas məqsəd isə Bakıda zövqlü binaların tikintisi, yaşıllıq sahələrinin artırılmasıdır. Bu məsələ də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın da fəaliyyəti diqqəti cəlb edir. Azından ildə iki dəfə xüsusi aksiyalar təşkil edilir və yüzlərlə, minlərlə ağac əkilir. Amma deyəsən bu işlərin Nəsimi rayon rəhbərliyinə heç bir aidiyyatı yoxdur və bu rayonda yaşıllıq sahələri vəhşicəsinə məhv edilir. Gəlin məsələni uzatmadan konkret faktlara və şəkillərə müraciət edək.
gundemxeber.az

Talan edilmiş Nəsimi rayonu - FOTOFAKT

 

Talan edilmiş Nəsimi rayonu - FOTOFAKT

Nəsib Məhəməliyevə şükür

Bir müddət öncə Nəsimi rayonuna , keçmiş nazir Ziya Məmmədovun yaxın adamı Nəsib Məhəməliyev rəhbərlik edirdi. Daha doğrusu o rayona yox, rayonda yaratdığı və qardaşının nəzarət etdiyi biznes şəbəkəsinə rəhbərlik edirdi. Vəhabilərlə sıx bağlılığı olan Nəsib Məhəməliyev brilyant, qızıl biznesindən tutmuş , daşınmaz əmlak biznesinə qədər əhatəli bir şəbəkə yaratmışdı və biznesinin bir ucu da Dağıstana gedib çıxırdı. Rayon isə demək olar ki, yiyəsiz qalmışdı. Amma onun istefaya getməsindən sonra rayon sakinlərinin gözündə sabaha inam yarandı. Çünki Nəsimi rayonundakı mikrarayonların əksəriyyətində ki, binalar “Xuruşovka”lar idi və 1988-ci ildən bu yana bu binaların təmiri, bərpası, kanalizasiya xətlərinin yeniləşdirilməsi istiqamətində heç bir iş görülmədiyindən binaların zirzəmisi xəstəlik mənbəyinə çevrilmişdi və binaların zirzəmiləri gəmiricilərin məskəninə çevrilmişdi. Dəfələrlə sakinlər Nəsib Məhəməliyevə müraciət etsələr də heç bir nəticə olmamışdı. Buna görə onun istefaya getməsi hamını sevindirdi. Onun yerinə isə Səbael rayon icra hakimiyyətinin keçmiş başçısı Asif Əsgərov təyin olundu. Və bununla da rayon sakinləri Asif Əsgərovun əməllərinə baxıb Nəsib Məhəməliyevə şükür dedilər. Niyə , səbəbinə baxaq.

Talan edilmiş Nəsimi rayonu - FOTOFAKT

 

Talan edilmiş Nəsimi rayonu - FOTOFAKT

Binaların arasında bina “quruculuğu”

Qeyd etmək lazımdır ki, yaşıllığına görə Nəsimi rayonu digər rayonlardan fərqlənir. Əsasən mikrarayonlarda binaların arası sıx ağaclıqlarla örtülüb və uşaq meydançaları kifayət qədər diqqəti cəlb edir. Amma Asif Əsgərovun Nəsimi rayonuna gəlişindən sonra yaşıllıqların kütləvi məhvi və binalar arasında yeni bina tikintisinə start verildi. Nəsib Məhəməliyevin bir metr də yol qırağında yer qoymadığından Asif Əsgərov binalar arasındakı yaşıllıqları və uşaq meydançalarını zəbt etməyə başladı. Gördüyünüz bu ərazi iki bina arasındakı yaşıllıq və uşaq meydançası idi. Amma azından bu ərazi də 25 ağac məhv edildi, uşaq bağçasının isə izi-tozu belə yoxdur. Ən dəhşətlisi isə budur ki, iki bina arasında hündürmərtəbəli bina tikiləndən sonra faktiki olaraq burada yol belə qalmayacaq və sabah hansısa fövqalədə durum yarananda, tutalım yanğın baş verərsə maşının belə keçidinə imkan qalmayacaq. Bundan başqa bina tikintisindən sonra iki beşmərtəbəli binanın pəncərələri işıq üzü görməyəcək. Bununla bağlı yerli sakinlər dəfələrlə etiraz etsələr də Asif Əsgərov buna məhəl qoymayıb. Qeyd edək ki, bu ərazi 5-ci mikrarayon ərazisindədir və poçtla üzbə-üz yolda yerləşir.

Talan edilmiş Nəsimi rayonu - FOTOFAKT

 

Talan edilmiş Nəsimi rayonu - FOTOFAKT

Yaşıllığın “süni” qurudulması

Asif Əsgərov Nəsimi rayonuna icra başçısı təyin olunandan sonra maraqlıdır ki, yol qırağındakı ağaclar “qurumağa” başladı. Bu gördüyünüz tikinti də “qurumuş” 30-dan çox ağacın yerin də tikilir. Bəs ağaclar necə olur ki, qurumağa başlayır?. Yerli sakinlərdən birinin dediyinə görə bunun çox sadə yolu var. Belə ki, hansısa sahibkar bina tikmək üçün icra hakimiyyətindən “razılıq” alandan sonra hər gecə bir neçə ağac “yoxa” çıxır. Belə ki, gecəylə ağaclar kökündən çıxarılır və yeri torpaqlanır. Bununla yanaşı diqqəti daha çox cəlb edən ağacların kökünə neft tökülür. Bir neçə gündən sonra isə ağac faktiki qurumağa başlayır və bundan sonra rəsmi şəkil də ağac məhv edilir.Bununla da tikinti aparmaq üçün imkanlar yaradılır.Gördüyünüz bu tikintinin ərazisi də ağaclıqdan beləcə təmizlənib.

Talan edilmiş Nəsimi rayonu - FOTOFAKT

 

Talan edilmiş Nəsimi rayonu - FOTOFAKT

Parkın tədricən məhvi

“Gündəm Xəbər” bildirir ki, Asif Əsgərovun başqa bir yeniliyi isə rayon ərazisində ki, parkların diqqəti cəlb etmədən işğalı ilə bağlıdır. Belə ki, rayondakı parkların qurtaracaqları tədricən ağaclardan təmizlənir və kənarlarında yeni obyektlər tikilir. Gördüyünüz bu şəkil “Moskva” ticarət mərkəzinin qarşısından çəkilib. Gördüyünüz kimi bu tikinti tam parkın içərisində tikilib və burada da qızıl maqazini fəaliyyət göstərəcək. Amma bir ay öncə bu tikintinin yerində 10-a qədər ağac vardı. Bir gecənin içində isə ağaclar sıradan çıxarıldı və yerində bu tikinti salındı. Yerli sakinlərin sözlərinə görə bir neçə gün öncə bu tikintinin arxasındakı ərazini də kimlərsə ölçürmüş və yəqin ki, bir neçə aydan sonra yeni tikintinin şahidi olacağıq. Bildirilir ki, Asif Əsgərov vəzifəyə təyin olunandan sonra sələfi kimi qızıl, brilyant biznesinə maraq göstərir və lal-cəvahirat satışının mərkəzi olan “Moskva” ticarət mərkəzinin ətrafında yeni obyektlərin sayının artırılmasında maraqlıdır. Amma məsələ heç də parklarla kifayətlənmir. Eyni zamanda diqqətdən kənar ərazilər də “İşğal” siyahısındadır. Gördüyünüz bu ərazi də 16 mərtəbəli binanın tikintisinə hazırlıq görülür. Bu ərazi vaxtıylə Abdulla Şaiq adına 54 saylı məktəbin ərazisi olub. Zəngin ağaclıqla örtülmüş ərazi bir neçə ayın içərisin də tamam sıradan çıxarıldı və hazırda gördüyünüz kimi geniş tikinti ərazisinə çevrilib.

Talan edilmiş Nəsimi rayonu - FOTOFAKT

 

Talan edilmiş Nəsimi rayonu - FOTOFAKT

Çayxanalar yoxsa fahişəxanalar küçəsi?

Nəsimi rayonunun problemi heç də bununla tamamlanmır. Az qala sahibsiz qalan rayonun başqa bir problemi isə yerli sakinlərin “Bombey” adlandırdıqları küçə ilə bağlıdır. Memar Əcəmi metrosundan Göz xəstəxanasına doğru gedən yolun üzərində ki, bu küçə təpədən-dırnağa qədər çayxanalarla zəngindir. Əslində isə hər çayxanada 16-40 yaş arasında onlarla əxlaqsız qıza rast gəlmək adi haldır. Hər gün saat 3-dən sonra çayxanaların qarşısına düzülən bu qızlar sözün hər iki mənasında müştəri axtarışına çıxırlar. Yerli sakinlər demək olar ki, özlərini təhqir olunmuş hesab etdiklərindən bu küçədən istifadə etmirlər. Bakının mərkəzində belə bir küçənin olması isə faciədən başqa bir şey deyil. Asif Əsgərov üçün isə bunun heç bir önəmi yoxdur.

Talan edilmiş Nəsimi rayonu - FOTOFAKT

 

Talan edilmiş Nəsimi rayonu - FOTOFAKT

Afrika cəngəlliklərini xatırladan cəhənnəm yuvaları

Amma Nəsimi rayonu yalnız ağac kəsmə, tikintisi mümkün olmayan yerlərdə tikintilərin aparılması ilə ad qazanmayıb. Eyni zaman da Nəsimi rayonu mikrarayonları ilə də ad qazanıb. Daha doğrusu mikrarayonlardakı binaların zirzəmilərinin bataqlığa çevrilməsi, gəmricilərlə dolu olması ilə də ad qazanıb. Yüz dəfələrlə yerli sakinlər icra hakimiyyətinə müraciətlər etsələr də heç bir faydası olmayıb. Kanalizasiya xətlərinin sıradan çıxması nəticəsin də binaların zirzəmiləri kanalizasiya suları ilə dolur. Demək olar ki, mikrarayonda yaşayan vətəndaşların böyük əksəriyyəti buna görə allergiya, bronxial asma xəstəliklərinə tutlublar. Başqa cür desək bu binalar ölüm kameralarından heç nə ilə fərqlənmir. Halbu ki, cüzi xərclə binaların daxili kanalizasiya xətləri tam bərpa oluna bilər. Amma başı pul qazanmağa qarışan Asif Əsgərov üçün bunun heç bir əhəmiyyəti yoxdur. Çünki yaxın ətrafının dediyinə görə Asif Əsgərov bildirir ki, bu rayonda müvəqqətidir və yaxın vaxtlarda hansısa nazirliklərdən birinə nazir müavini vəzifəsinə gedəcək. Buna görə imkanı çatdığı qədər daha çox pul qazanmağa çalışır. Hətta iş o yerə çatıb ki, bizim üçün müqəddəs olanlara da Asif Əsgərov heç bir əhəmiyyət vermir.

Talan edilmiş Nəsimi rayonu - FOTOFAKT

 

Talan edilmiş Nəsimi rayonu - FOTOFAKT

Şəhid bulağı və NZS pivəsi

Nəsimi rayonunda diqqətimizi cəlb edən başqa bir biabırçılıq isə Şamaxinkada yerləşən Şəhid camiəsi oldu. Şəkildən də gördüyünüz kimi Şəhid bulağı və camiəsi yiyəsiz durumdadır və camiənin üst qatı tamam dağılıb, ətrafında qazılan çalalar zibilxanaya çevrilib və bulağa su verilmir. Hər şeyi hansısa formada başa düşmək olar. Amma şəhidlərimiz Abbasov Rafiq və Balakişizadə Sənanın adını daşıyan camiyəyə Asif Əsgərovun bu qədər biganə yanaşmasını başa düşmək heç cür mümkün deyil. Yəqin ki, bu kompleksi təmir etmək üçün uzağı 400-500 manat pul lazımdır. Görəsən milyonlar qazanan Asif Əsgərovun 500 manat pulu yoxdurmu?. Oğlu həbsdə olan zaman hər gün həbsxanaya 2000 manatlıq pay-puş göndərən Asif Əsgərov görən 500 manat tapa bilmirmi şəhid adını uca tutsun? Ən azından haqqını alıb şəhid camiəsinin az qala bitişiyin də pivəxana açmalarından aldıqları puldan 500 manat abadlıq üçün ayırmaq mümkün deyilmi? Belə görünür ki, mümkün deyil. Pivəxana demişkən, az qala hər qarışı satddığa çıxarılan bu rayonda yer tapılmadımı ki, camiənin üzərində pivəxana açdılar?

Talan edilmiş Nəsimi rayonu - FOTOFAKT

 

Talan edilmiş Nəsimi rayonu - FOTOFAKT

Çıxarılan nəticə

Yəqin ki, heç bir şişirtmə olmadan reallıqları diqqətinizə çatdıra bildik. Başqa bir məqamı da yadınıza salaq ki, artıq bir ildir ki, rayona rəhbərlik edən icra başçısı bir dəfə də olsa rayon sakinləri ilə görüşməyib və rayonda baş verənləri görmək üçün bir küçəni belə ziyarət etməyib. Asif Rzayevi tanıyanlar bildirir ki, o, yuxarıların diqqətini cəlb etmək və rayondakı talançılığı gizlətmək üçün sadəcə olaraq əlamətdar günlər də geniş tədbirlər təşkil edir və televiziyalar vasitəsiylə bunu nümayiş etdirməklə əzabkeş imici qazana bilir. Reallıq isə budur ki, bir rayonun icra başçısı bir dəfə də olsa rayonla tanış olmaq üçün ayağını kabinetinin kəndarından bayıra qoymayıb. Amma demək olar ki, ayda bir dəfə rayondakı bütün təşkilatları kabinetinə dəvət edir və görülən “işlərlə” yerindəcə tanış olur. Rayonun idarəetməsinə gəldikdə isə bildirilir ki, bu işlərlə onun yaxın çevrəsi məşğul olur. Yəni harada tikinti aparmaq olar, harada boş ərazilər var, bütün bunları yaxın çevrəsi müəyyənləşdirilir və bundan sonra müştəri tapmaq o qədər də çətin olmur. Rayonun millət vəkillərinə gəldikdə isə onlarda demək olar ki, əhalinin problemi ilə maraqlanmır və bəzi hallarda düz də edirlər. Çünki rayonun rəhbərliyi bu işlə məşğul deyillərsə millət vəkilləri dünəndən belə məsuliyyətdən kənarda dayanırlar. Xatırladaq ki, rayondan seçilən millət vəkilləri Məlahət İbrahimqızı, Mollazadə Asim Nazim oğlu və Səmədzadə Ziyad Əliabbas oğludur. Düzdür, zaman-zaman Məlahət İbrahimqızı seçicilərlə yığcam da olsa görüşlər keçirir. Amma Asim Mollazadə ilə Ziyad Səmədzadə bir dəfə də olsa rayona ayaqlarını basmayıblar. Bir sözlə rayonda insanların qarşısına çıxacaq bir nəfər də olsa adam tapılmır. Görünür buna görə də Nəsimi rayon sakinləri mövcud hakimiyyətdən ən çox narazı qalan təbəqədir.
Ardı var. Bizi izləyin.

Talan edilmiş Nəsimi rayonu - FOTOFAKT

 

Talan edilmiş Nəsimi rayonu - FOTOFAKT

 

Talan edilmiş Nəsimi rayonu - FOTOFAKT
Paylaş