Məryəm Şahverdiyeva: “DSMF əməkdaşına gözümün önündə rüşvət aldığı üçün iradımı bildirəndə, bu rüşvət deyil şirinlikdir dedi.”
lmaqal səngimək bilmir. Demək olar ki, hər gün Fondun İmişli rayon şöbəsi ilə bağlı redaksiyaya məlumatlar daxil olur. Redaksiya öncə şöbənin ünvanlı sosial yardım və sosial pensiya şöbəsinin inspektoru Bakir Məmmədovun, təqaüdü hesabına köçürülməyən III qrup əlildən müxtəlif bəhanələr gətirməklə, 30 manat rüşvət istədiyi səs yazısını, sonra Ağdam rayonundan məcburi köçkün, İmişli rayon Bəciravan kəndində məskunlaşmış II qrup əlil Yaqub Orucovun DSMF-nin İmişli rayon şöbəsinin inzibati binasına çağırılaraq, II qrup əlil oğlu Orucov Elgün Yaqub oğlunun təqaüdünü kəsəcəkləri ilə bağlı məqsədli təhdid və təzyiqlərdən xəbər verən audio – müsahibələrini dərc etdi. Ötən gün isə İmişli rayon sakini, yazıçı – jurnalist, II qrup əlil Məryəm Şahverdiyeva redaksiya ilə telefon əlaqəsi saxladı. M.Şahverdiyeva Dövlət Sosial Müdafiə Fondunun İmişli rayon şöbəsində özünə qarşı göstərilən münasibətlə, eyni zamanda şahidi olduğu rüşvət faktı lə əlaqədar əməkdaşımıza audio – müsahibə verdi. Xatırladaq son bir neçə gündə Səlim Müslümovun rəhbərlik etdiyi Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyiynin strukturu olan Dövlət Sosial Müdafiə Fondunun İmişli rayon şöbəsində baş verən artıq 3-cü rüşvət faktıdır. Məsələnin ən diqqətçəkən tərəfi isə ƏƏSMN-in hələ də məsələyə seyriçi mövqedə olmasıdır. Nazirliyin İmişli rayonunda baş verən rüşvət olayına məhz biganə münasibətinin nəticəsi olaraq DSMF-nin İmişli rayon şöbəsinin müdiri İntiqam Əliyev ötən gün özünə yaxın olan şəxsin vasitəsilə mediaya – hər yazıya görə nazirlik məni cəzalandırsaydı, 15 il bu vəzifədə qalmazdım – deyə mesaj göndərib. Əslində İntiqam Əliyevin yazı dediyi şikayətçinin səsli audio – müsahibəsidir. Məlumatlar müəllifin və ya redaksiyanın xəyal məhsulu deyil. Digər tərəfdən 1-ci məlumatda İntiqam Əliyevin rəhbərlik etdiyi qurumun ünvanlı sosial yardım və sosial pensiya şöbəsinin inspektoru Bakir Məmmədov ona müraciət edən şəxsin “problemini” həll etmək üçün açıq şəkildə 30 manat rüşvət istəyir. Səs yazısında hətta İntiqam Əliyevin işçisinin söylədikləri məmur – vətəndaş münasibətindən daha çox, bazarda satıcı – alıcı münasibətinə bənzəyir. “Problemin” həlli üçün öncə 50 manat istənilir, vətəndaş bu qədər pulunun olmadığı bildirəndə və Bakir Məmmədova “xidməti” müqabilində 20 manat təklif edərkən, sonucada “razılaşma” 30 manatla yekunlaşır. Ağdam rayonundan məcburi köçkün, İmişli rayon Bəciravan kəndində məskunlaşmış II qrup əlil Yaqub Orucov isə müsahibəsində DSMF-nin İmişli rayon şöbəsinin əməkdaşının “biz sənin işini “düzüb-qoşacağıq”, səndə bu işlərin necə həll olunduğunu bilirsən də?” – deyə istəyini ona açıq şəkildə bildirdiyini özü, həmdə səsli formada ifadə edir. Deməli bu artıq yuxarıda qeyd edildiyi kimi hətta etibarlı mənbənin deyil, şikayətçinin birbaşa şahidi olduğu hadisənin özü tərəfindən səsləndirilməsdir. Yəni faktdır. Və bütün bunlardan da Əmək və Əhalinin Sosial Müdafiə nazirliyinin, Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin, o cümlədən İmişli rayon İcra Hakimiyyətinin xəbəri yoxdur?
Araşdırmamız davam edir.
Mövzuya qayıdacağıq.
P.S. Redaksiya İmişli rayon sakini, yazıçı – jurnalist, II qrup əlil Məryəm Şahverdiyevanın audio – müsahibəsini təqdim edir.