Laçın Rayon İcra Hakimiyyətində vəzifəli şəxslərin borc və rüşvət qalmaqalı böyüyür
Ulus.Az-a müraciət edən daha bir sakin – Tofiq Əhmədov icra başçısıə Aqil Nəzərli ilə müavini Tofiq Mirzəyevi ifşa edib.
Onun sözlərinə görə, saytımızda Laçın RİH haqda gedən son yazılanlara tam şəkildə inanır: “Dəqiq məlumatları verməyə hazıram, verəcəm də.
Laçın RİH başçısı Aqil Nəzərlinin birinci müavini Tofiq Mirzəyev məndən də məcburi tələblə 700 manat rüşvət alıb.
Verdiyi sözü tuta bilmədiyi üçün isə pulu qaytarmağı məktəb direktoru Zamin Mirzəyevə həvalə edib.
Aqil Nəzərli və İlqar müəllimə bu barədə məlumat versəm də tədbir görə bilmir. Bəlkə də, o da rüşvət gözləyir. Amma mənim daha rüşvət verməyə maddi imkanım yoxdur.
Saytlardan xahiş edirəm ki, mənim şikayətimi açıq və geniş şəkildə ictimailəşdirməyə kömək etsinlər.
Çünki Ağcabədi rayonundan 200 km aralıda- Şəki rayonunda yaşasam da mənə də təhdidlər gəlməkdədir. Bu təhdidlər Laçın rayon icra hakimiyyətindən olur”.
Laçın rayon icra hakimiyyəti başçısı Aqil Nəzərlinin məcburi köçkünlərin başına açmadığı oyun qalmayıb. İşğal edilmiş rayonlarımızın icra başçıları arasında ən çox şikayət A.Nəzərlidən gəlməkdədir.
Laçın rayon Vağazin kənd sakini, məcburi köçkün ailəsi Hümbətov Cənnət Cəllat oğlu və övladları 8-12 yaşlı Rəvan, Elçin tərəfində video müraciət edib.
Onlar Laçın rayon icra başçısı Aqil Nəzərlinin rayonda yaratdığı özbaşınalıq və haqsızlıqlar haqqında məlumat veriblər.
Hazırda Azərbaycanın gələcək əsgərləri olan övladlarımla birlikdə icra başçısı tərəfindən didərgin salınmış ailənin 8-12 yaşlı Elçin və Rəvan adlı övladı inanılmaz hadisələrdən bəhs etdi.
Hörmətli Prezdentimiz bizə kömək edin, atamı Aqil Nəzərli tutdurur. Bizi yaşadığımız yerdən didərgin salıb, çöllərdə yaşayırıq.
Laçın rayon Yaşıllaşdırma İdarəsinin sabiq müdiri Vahid Əliyevə də A.Nəzərlinin müavinləri zərər vurublar.
Belə ki, Laçın RİH-də ümumi şöbənin müdiri Eldəniz Qasımov V.Əliyev vəzifədə olduğu dövrdə ondan 1000 manat alıb.
Şöbə müdiri deyib ki, bu pul dövlət tədbirinin təşkilinə xərclənəcək, sonra büdcədən pul qaytarılacaq. Ancaq indiyə qədər həmin pul qaytarılmır. Sonra başçının müavini Tofiq Mirzəyev ona 2500 manatlıq dekorativ güllər aldırıb.
Deyib ki, tədbirə lazım olan bu güllərin pulunu büdcəyə pul köçsün, ödəniş edəcəyik. Lakin bu pul da qaytarılmayıb. V.Əliyev isə bütün dövlət orqanlarına şikayət ünvanlayıb. Onun səsinə səs verən tapılmır.
Laçın rayonu qaçqın və məcburi koçkün bölgəsi olduğundan əhalinin problemləri digər rayonlarından fərqli və çoxdur. A.Nəzərli Laçına rəhbərlik etdiyi vaxtdan ondan ancaq şikayətlər daxil olub. Bu şikayətlərin hər biri məmur laqeydliyi və özbaşınalığıdır.
İcra başçısı qaçqınların problemlərini dinləyib həll etmək üçün bu posta təyin olunub. Amma Laçın rayon rəhbəri özünü oliqarx kimi aparır. Bu rayonun məcburi köçkünlərinin şikayəti isə daha çox sosial xarakterlidir.