Saatlıdan conflict.az-a daxil olan məlumatda rayonun Əliabad kənd sakinlərinin icra nümayəndəsi Müslüm Məmmədovdan narazı olduqları qeyd edilir
Kənd sakinləri Müslüm Məmmədovun istefası tələbi ilə yolu belə bağlayıblar.
Saatlı icra başçısı Siraqəddin Cabbarov hadisə yerinə gedib və işindəki ciddi nöqsanlardan dolayı Müslüm Məmmədovu dəfələrlə vəzifəsindən kənarlaşdırsa da, görəvdən alınma qısa müddətli olub.
Belə ki, müdafiə sənayesi naziri Yavər Camalovun qardaşı, Şirvan şəhər icra başçısı Mərdan Camalovla tələbə yoldaşı olan Müslüm Məmmədov dostunun vasitəçiliyi ilə hər dəfə yenidən görəvinə dönməyi bacarıb.
Müslüm Məmmədov istər kənd sakinlərinə, istərsə də Saatlı RİH-nin başçısı cənab Siraqəddin Cabbarova qarşı iradə nümayiş etdirə bilir.
Müslüm Məmmədov sosial yardımların verilməsi prosesində də ədalət prinsipini pozur. Bu işdə kənd icra nümayəndəsinə qardaşı, ƏƏSMN-nin Saatlı rayon şöbəsinin sabiq müdiri Akif Məmmədovun da yardımçı olduğu qeyd edilir.
Bu icra nümayəndəsi əhali arasında kompensasiya yeyən Mövsüm kimi ad çıxarıb.
M.Məmmədov 2006-cı ildən bu yana əhaliyə torpağın becərilməsi ilə bağlı dövlət tərəfindən verilən kompensasiyaları mənimsəməkdədir.
Dəfələrlə kənd sakinləri öz haqlarının tələb etməyə qalxsalar da heç bir nəticə hasil olmur.
M.Məmmədov vətəndaşlar pulunu istəyən zaman “gedin kimə istəyirsiniz şikayət edin” deyir. Şirvanın icra başçısına güvənən məmura Saatlının icra hakimi bata bilmir.
Məlumata görə, Saatlı rayonu icra hakimiyyətinin başçısı Cabbarov Siraqəddin Nəcəf oğlu yaxın zamanlarda tutduğu vəzifədən azad ediləcək. Onun əvəzinə Cavid Qurbanovun yaxın qohumu bu vəzifəyə təyin ediləcək.
S.Cabbarovun vəzifədən kənarlaşdırılmasının vaxtı çatıb. Uzun müddətdir ki, Saatlıya rəhbərlik edən adıçəkilən icra başçısının yerinə yeni kadr hazırlanır.
Mənbə qeyd edir ki, S.Cabbarov ölkə rəhbərliyinin etimadını doğrultmayıb. Onun investorların cəlb edilməsindən tutmuş sahibkarlığın, aqrar sektorun inkişafına qədər heç birinə töhdəi olmayıb.
Əldə etdiyimiz xəbərlərə görə, Saatlıya ayrılan dotasiya da kəsilib və daxili resursları hesabına özünü saxlayacağı bildirilib.