Xeyli müddətdir vəzifədən gedəcəyi bildirilən Bakı Lift İdarəsinin rəisi Qüdrət Şükürov rəhbərlik etdiyi qurumda “təmizlik işləri”nə başlayıb.

KORRUPSIYA.Az-ın ölkə.az-a istinadən verdiyi məlumata görə, son bir həftədə Şükürov idarənin bir neçə məsul əməkdaşını işdən uzaqlaşdırılıb.

Qeyd edilir ki, yaxın günlərdə daha bir neçə əməkdaş yola salınacaq. Mənbə bildirir ki, rəis artıq işdəki yaxın çevrəsinə güvənmir və onları uzaqlaşdırmaqda qərarlıdır.

İdarə rəisi xəbəri nə təsdiq, nə də təkzib edib. “Siz nə danışırsız e”? deməklə kifayətlənib.

Xatırladaq ki, SOCAR prezidenti Rövnəq Abdullayevlə yaxın olduğu deyilən idarə rəisi bir neçə ay öncə qızına etdiyi 400 minlik toyla gündəmə gəlmişdi.

Paylaş