Az öncə Dənizkənarı parkda üzücü hadisə qeydə alınıb.
Yenicag.az-ın əməkdaşının verdiyi məlumata görə, “Bulvar”da sürətlə hərəkət edən 102 nömrəli qolf maşını azyaşlı uşağı vurub.
Hadisə yerinə gələn polis əməkdaşları sürücüyə yavaş sürməyi məsləhət görməklə kifayətləniblər. Uşaq isə ağlaya-ağlaya anası ilə hadisə yerindən uzaqlaşıb.
Həmin anın özəl videosunu təqdim edirik: