Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini, general-mayor Novruzəli Orucovla bağlı redaksiyamıza ilginc məlumat daxil olub.

 

 

Bir qrup Qarabağa müharibəsi iştirakçısı adından yazıldığı bildirilən məktubda N.Orucovun öz keçmişi ilə bağlı məlumatları saxtalaşdırdığı qeyd edilir. Onun tərcümeyi-halında göstərildiyi kimi döyüşlərdə iştirak etmədiyini iddia edən məktub müəllifləri bildirirlər ki, rəis müavini məlum olmayan səbəblərdən özünü keçmiş döyüşçü kimi qələmə verir: “Nədənsə bunlarda belə təəssürat var ki, hərbi sistemdə işləyirsə mütləq müharibədə iştirak etdiyi görüntüsünü yaratmalıdırlar. Halbuki, istənilən vəzifədə təmsil olunmaq üçün döyüş təcrübəsi yox, bilik, savad, bacarıq lazımdır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti hərbi sistemdir, lakin burada da N.Orucovun tutduğu vəzifəni tutmaq üçün döyüşçü olmaq vacib deyil.

 

 

Buna baxmayaraq, nədənsə adı çəkilən şəxs özünün haqqında məlumatları saxtalaşdıraraq guya Füzuli istiqamətində gedən döyüşlərdə iştirak etdiyini bildirir. Halbuki, biz özümüz Füzulidə döyüşmüşük və bilirik ki, orada elə bir adam döyüşlərdə iştirak etməyib. Onun bu saxtakarlığa niyə getdiyini bilmirik, bəlkə aldığı general rütbəsini qanuniləşdirmək üçün edib, amma gördüyümüz odur ki, bu saxtakarlıq haqda mediada yazılmır, yazılanlara isə reaksiya verilmir”.

 

 

Bu məsələni Xəbərci.org olaraq araşdıracağıq. Əslində Novruzəli Orucov  cəbhəyə Heydər Əliyevin 1994-cü ildəki məşhur çağırışından sonra gedib. Onu getdiyi tabora polkovnik Ramaldanov təqdim edib. Ancaq gecə vaxtdı top səslərindən qorxuya düşən Orucov  döyüş yerini tərk edib. Hansı hospitala,hansı adla- o barədə döyüş yoldaşları danışacaq. Ağdam cəbhəsini sevməsə də, həmin zonada yetişən hinduşkaların ətini sevən, fanatı olan general haqda yazımızı gözləyin.
Paylaş