Milli Məclisin rəsmi mətbu orqanı, dövlət qəzeti olan “Azərbaycan”da mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin restoran turizmi tənqid olunub

Məqalədə vətəndaşların niyə Gürcüstan restoranlarını seçim etməsinin səbəbi açıqlanıb.

Məqalədən sitat: “Tbilisinin kiçik, lakin koloritli kafelərində aldığı ləzzəti Bakının ən bahalı restoranlarında ala bilmir.

Gürcülərin kafe və restoranlarında interyerin tərtibatından başlamış təklif olunan yeməklərəcən millidir. Hamısı da yüksək keyfiyyətdə və başlıcası isə münasib qiymətə.

Onlar bizdəki kimi 1 kiloqram ətin qiymətinə 3 tikə sümüklü kabab, 100-150 qramlıq kiçik bir qabın az qala, dibində şorba, çəngəllə belə götürmək mümkün olmayan tərəvəz salatı, kağız kimi doğranmış pendir və s. vermirlər.

Nəyi sifariş edirsənsə, hamısını bol gətirirlər. Hesabı da əvvəldən özün menyü kitabçasına baxıb öyrənə bilərsən, 1 lari o yan-bu yan ola bilməz”.

Məqalədə deyilir ki, əgər orta statistik azərbaycanlı ailəsinin ən çoxu ayda bir dəfə könlünə hansısa ortabab restoranda və ya kafedə şam etmək düşsə, ya yeməklərin keyfiyyəti və xidmətin səviyyəsi sarıdan yarımayacaq, ya da, bunlar babat olduğu halda elə qiymət “oxuyacaqlar” ki, maddi cəhətdən ailə xeyli vaxt özünə gəlməyəcək.

Son zamanlar dövlət qəzetlərində məmurlar, nazirlər tənqid olunurlar.

Bir neçə gün əvvəl iqtisadiyyat naziri sərt tənqid edilmişdi. Bu dəfə restoranların siyasəti tənqid olunmaqla dolayısı ilə Ə.Qarayevin qurduğu tənqidə tuş gəlib.

Azərbaycanda fəaliyyət göstərən tanınmış şirkət əsasən əcnəbilərdən ibarət olan öz işçiləri ilə birlikdə bizim jurnalistləri də İçərişəhərdəki məşhur restoranlardan birinə plov qonaqlığına dəvət etmişdi.

Restoranda onlara elə plov verilib ki, hətta mətbəxin yolunu tanımayan sıravi azərbaycanlı xanım bundan yaxşısını bişirərdi.

Bir sözlə, plov yox, düyü hədiyyə olub. Yeri gəlmişkən qeyd edək ki, İçərişəhər Azərbaycana gələn xarici turistlərin ən çox üz tutduqları məkandır. ulus.az

Paylaş