Xətai rayonu Nəsrəddin Tusi küçəsində naməlum şəxslər 50 illik ağacları kəsiblər.
Bu barədə cebhe.info-nun əməkdaşına N.Tusi 19 ünvanında yerləşən binanın sakinləri məlumat verib.
Məlumata görə, Heydər Əliyevin adını daşıyan parkla üzbəüz yerləşən “Bəy hamamı”nın arxasındakı parkda, o cümlədən 87 saylı MİS (JEK)-in qarşısındakı parkda yaşı 50-yə çatan 31 ağac kəsilib.
Kəsilən ağacların yerinə tikinti məqsədilə mişar daşları tökülüb. N.Tusi 11, 15, 17, 19, 21 ünvanda yaşayan sakinlərin kəskin etirazından sonra tikinti dayandırılıb. İnşaat işi ilə məşğul olanlar ərazini tərk ediblər.