Xırdalan şəhərində su təchizatında problem yaranıb.
Abşeron rayonunun inzibati mərkəzi olan şəhərin bir qism sakinləri su üzünə həsrət qalıb.
Sonxeber.az-a bu barədə sakinlər özü məlumat verib.
Şəhərin (red: kənd Xırdalan ərazisi) Əzizbəyov küçəsi, dalan 4-də yaşayan sakinlərinin sözlərinə görə, son bir ayda cəmi bir dəfə su verilib, o da 1-2 saat.
Şikayətçilərin sözlərinə görə, “Azərsu” ASC-nin nümayəndələri bir neçə gün öncə adıçəkilən ərazidə hadisə yerinə baxış keçirib və problemin həll olunacağını bildiriblər. Lakin, neçə gündür hələ də heç bir tədbir görülmür. Sakinlərdən Kərim kişi Sonxeber.az-a danışıb: ” “Azərsu” ASC-nin mətbuat xidməti Anar müəllim də məsələdən xəbərdardır, amma təəssüf ki, məsələ öz həllini tapmır. “Azərsu”nun nümayəndələri gəldi, bizə dedilər ki, həll olunacaq. Gözləyirdik ki, heç olmasa Ramazan bayramı günü suyumuzu verərlər. Ay oğlum, axı yayın istisində susuz necə qalmaq olar. Burada yaşayan sakinlərin hamısının su çəni var. Əvvəllər burada su günaşırı verilirdi. Hamı çənini doldururdu. İndi o günaşırı suyu da görmürük. Son bir ayda su cəmi bir dəfə verilib. Belə yaşayışmı olar?! Orucluqdur bala, günah deyilmi. Qonşularla birləşib su maşını ilə su alıb çənlərimizi doldururuq. Amma oğlum bu nə qədər davam edə bilər? Hər dəfə su almağa pulmu var? Xahiş edurik, bizim su problemimizi həll etsinlər”.
Məsələni gündəmdə saxlayacağıq :
Sakinlər maşınla su alarkən Fotolar: