Dosye.org saytın elektron ünvanına daxil olan şikayət məktubunu olduğu kimi ixtiyarınıza veririk. Nəzərinizə çatdıraq ki, şikayət məktubu Laçın rayonu Qızılça kənd sakini Gündüz Hümbətov tərəfindən ünvanlanıb.
Hörmətli redaksiya!
Mən Hümbətov Gündüz Laçın rayonunun Qızılca kənd sakiniyəm. Taxtakörpü köçkün qəsəbəsində məskunlaşmışam. Ağır xəstəyəm. Çəkər, hepatit c, qan təzyiqi, damarlarda tromblaşma xəstəliyim var. Üç dəfə ağır cərrahiyyə əməliyatı olmuşam. 1-ci qrup əliləm. Xəstəliyim hərbi xidmətdə olarkən başlayıb. Dəgələrlə qospitalda yatmışam, hərbi xidmətdən təxris olunmuşam. Atam ağır yataq xəstəsidi. 1 az yaşlı uşağım var. Əmək qabilyətim olmadığı üçün işləyə bilmirəm. Yoldaşım da işsizdir. Mənim şikayətim Laçının İcra başçısı Aqil Nəzərlidəndir. Müalicəm üçün dərmanlarıma xeyli vəsait lazımdır. Maddi imkanım ailəmi dolandırmağa bəs eləmir. Mənə köməy olunsun deyə dəfələrlə prezident aparatında olmuşam. Sağolsun cənab prezident xahişimi nəzərə alıb məni evlə təmin etdi.
Prezident aparatından müalicəmə köməklik olsunlar deyə Laçın rayonu İcra hakimiyətinə tapşırıq verdilər. Neçə illər idi Laçın icra hakimiyətində xeyriyyə fondunun hesabından mənim müalicəmə köməklik edirdilər. Lakin Aqil Nəzərli Laçına başçı təyin olunannan xəstəliyim get-gedə pisləşdi. İndi elə vəziyətdəyəm ki həkimlər əməliyat eləməyə də qorxurlar. Bütün bunlara səbəb olan Aqil Nəzərlidi. İl yarımdı dəfələrlə müalicəmə köməklik etməsi üçün müraciyət eləsəmdə mənə köməklik etmədilər. Dərmanlarımı ala bilmədiyim üçün müalicəm yarımçıq qaldı, get-gddə pisləşdi. Aqil Nəzərli vətəndaşlarla danışıq qabiliyəti olmayan bir adamdı.
Ona müraciət edən vətəndaşlara biganə yanaşır. Mən bir vətəndaş kimi Aqil Nəzərliyə olan ümidimi itirmişəm. Hərbi xidmətdən yayınan, vətən biorcunu verməmiş fərari bir başçı hərbi xidmət zamanı sağlamlığını itirmiş bir vətəndaşın qeydinə qalacağına inamım yoxdur. Onun başı vəzifəsindən istifadə edib rüşvət almağa, pul yığmağa qarışıb. Mən sizdən xahiş edirəm mənim problemimi işıqlandırın. Bəlkə səsim prezidentə çata. Sağlamlığım Bakıya gəlməyə, Prezident aparatına getməyə imkan vermir.
REDAKSIYADAN: Saytımızın elektron ünvanına daxil olan şikayət məktubunda adı hallanan şəxslərin mövqeyini dinləməyə hazırıq.