Bərdə rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat zamanı həyətində narkotik maddə becərən şəxs saxlanılıb

Məlum olub ki, rayonun Zümürxan kənd sakini Əliyev Nüsrət Abdulla oğlu 2017-ci ilin aprel ayının axırlarında yaşadığı evinin həyətyani sahəsində torpaq sahəsində qanunsuz olaraq əkilib – becərilməsi qadağan olunmuş tərkibində narkotik maddəllər olan 46 ədəd çətənə (kannabis) bitgisini küllü miqdarda əkib yetişdirməklə çətənə bitgilərinə aqrotexniki qaydada qulluq edib kultivasiya etmişdir.

Daxil olmuş əməliyyat məlumat əsasında Bərdə rayon polis şöbəsinin əməkdaşları Əliyev Nüsrət Abdulla oğlunun evinin həyətinə baxış keçirərkən evinin həyətindən qanunsuz olaraq tərkibində narkotik maddəllər olan, əkib aqrotexniki qaydada qulluq edib yetişdirməklə kultivasiya etdiyi 46 ədəd küllü miqdarda əkilib – becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə bitgilərini aşkar edilib götürmüşlər.

Şübhəli şəxs qismində saxlanılan Əliyev Nüsrət Abdulla oğlu etdiyi əməldən peşmançılıq çəksədə ona AR-nın CM-nin 237.2.3-ci maddəsində nəzərdə tutulmuş ittiham elan edilişdir.

Hazırda faktla bağlı araşırıma aparılır.

Qeyd edək ki, Bərdə rayon Polis şöbəsinin əməkaşlarının son aylar belə uğurlu əməliyyatlar keçirməsi barədə mətbuatda dəfələrlə məlumat yayılıb. ulus.az

Paylaş