2016-cı ilin sonuna “Azəristiliktəchizat” ASC-nin ödənilməmiş zərəri 117 mln. 283,066 min manata çatıb; Ötən il bu rəqəm 96 mln. 466,926 min manat olub…

Ulus.Az xəbər verir ki, şirkətin aktivləri 31 dekabr 2016-cı il tarixinə 191 mln. 137,963 min manat təşkil edib ki, bu da 2015-ci illə müqayisədə 0,3% azalıb.

Ötən il ərzində ASC-nin öhdəlikləri 20% artaraq 87 mln. 806,181 min manat təşkil edib. Dövlət şirkətinin qısamüddətli kreditor borcları 86 mln. 430,086 min manat olub ki, bu da illik müqayisədə 20,98% artım deməkdir.

Yaşar Həsənov 8 ildir ki, “Azəristiliktəchizat” ASC-yə rəhbərlik edir və ölkəninin böyük şəhərlərinin «isidilməsindən» böyük pullar qazanır.

Dövlət başçısının sərəncamına əsasən “Azəristiliktəchizat” ASC əhalini qış aylarında fasiləsiz olaraq istiliklə təmin etməlidir.

Bu gün əhalinin ən çox şikayət etdiyi qurumlardan olan “Azəristiliktəchizat” ASC-də struktur islahatları gözlənilir. Cəmiyyətin strukturuna mərkəzi idarəetmə aparatı, 11 xidmət təsərrüfatı daxildir.

Eləcə də 2 Məhdud Məsuliyyətli Cəmiyyət, Bakı şəhəri üzrə 17 İstilik Sistemləri İstismar Sahəsi, 51 regional istilik təsərrüfatı idarələri, 5 Rayon istilik qazanxanası fəaliyyətdədir.

Məlumatda deyilir ki, ASC-nin MMC və xidmət təsərrüfatlarında birləşmə, ixtisar hazırlığı görülür. Əslində “Azəristiliktəchizat” ASC-nin “Azərsu” ASC-yə birləşdirilməsi aktualdır.

Əvvəllər də bu plan gündəmdə olsa da, nəticəsiz qalıb. İndi isə islahat paketi masa üzərindədir. Buna qədər isə qurum daxilində struktur islahatları planlaşdırılıb.

Azərbaycanda Açıq Səhmdar Cəmiyyətlərinin fəaliyyəti heç də ürəkaçan deyil. Bu qurumları daha çox pulsilən dəzgahlara bənzətmək olar.

Mediada gedən məlumata əsasən ASC-nin maliyyə maxinasiyalarında əsas “işgüzarlardan” kadrlar qurumun Tikinti və İnkşaf şöbəsinin rəisi Cəbrayıl Cəfərxanov və qurumun baş mühasibi Gülnarə Kərimova adlı şəxslərdir.

Tikinti və İnkşaf şöbəsi ASC-nin həyata keçirdiyi təmir, tikinti, xətlərin bərbası yenilərinin çəkilməsi və mal matrealların alınmasını həyata keçirir.

 “Azəristiliktəchizat” ASC dövlət büdcəsi hesabına həyata keçirilməli olan satınalmaların böyük əksəriyyətini “HTM Holdinq” adlı MMC-yə həvalə edir.

Araşdırmalar nəticəsində o da məlum olub ki, Yaşar Həsənovun rəhbərlik etdiyi ASC 2012-ci ildə 19 milyon 137 min 692 manatı 74 tenderdə sərf edib.

Bu vəsaitin nə az, nə çox, düz 17 milyon 312 min 700 manatı “yaşayış binaları və sosial obyektlərdə məhəllədaxili istilik xətlərinin əsaslı təmiri, istilik mənbəyinin bərpası və modernləşdirilməsi işlərinin satın alınmasına” xərclənib.

Qış mövsümü gələr gəlməz paytaxtın istilik problemi Bakı əhalisinin əsas sosial problemlərindən birinə çevrilir. Uzun illərdir ki, dövlət hər il paytaxtın istilik problemlərinin həlli üçün milyon manatlarla vəsait ayrılır.

Lakin ortada böyük vəsaitin olmasına baxmayaraq Bakının istilik problemləri öz həllini tapa bilmir.

Buna görə də əhalinin böyük hissəsi elektrik enejisindən istifadə edərək istiliyə olan təlabatını ödəməyə çalışır. Bu isə həm əhaliyə həddindən artıq baha başa gəlir, həm də elektrik xəttlərinin həddindən artıq yüklənməsinə səbə olur.

Paytaxt Bakının və digər şəhərlərin istilik təminatı 2005-ci ildə ölkə prezidentinin sərəncamı ilə “Azəristiliktəchizat” ASC həyata keçirir. Təşkilatın vəzifəsi paytaxıtı və ölkəninin böyük şəhərlərini qış aylarında istilik təmin etməkdir.

Bunun üçünsə qazanxanaların, istilik xəttlərinin yay aylarında təmiri, qazanxanaların işləməsi, yeni istilik qurğularının tikilməsi üçün dövlət hər il külli miqdarda vəsait sərf edir.

Amma bu vəsaitin hansı qazanxana«buxarlanması» haqqında Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun, “Azəristiliktəchizat” ASC-nin rəhbəri Yaşar Həsənovdan başqa ancaq bir neçə nəfər bilir.

Paylaş