MTN-nin odioz generalı, sahibkarların başına torba keçirmə əməliyyatlarının rəhbəri Akif Çovdarov şərti azadlığa çıxacağına ümid edir

Ulus.Az-ın xəbərinə görə, MTN qanqsteri dövlətə vurduğu ziyanı ödəyib.

Çovdarov zərəri ödədikdən sonra şərti azadlığa buraxılacağını gözləyir. Əslində, qanun da buna icazə verir.

Yəni, Cinayət Məcəlləsinə edilən dəyişikliklərdən sonra dələduzluq və mənimsəmə ittihamı ilə həbs edilmiş müttəhim vurduğu ziyanı ödədiyi halda hakim onu məhkəmə zalından şərti azadlığa buraxa bilər.

Bu qanuna dəyişiklik də məmurlar üçün “yaşıl işıq” tramplini rolunu oynaya bilər. Əldə etdiyimiz iddialara görə, MTN generalı da həbsdə ürəklənib və şərti azadlığa çıxacağını güman edir.

Son günlər MTN işində müşahidə olunan dəyişiklik, zərər çəkmiş şəxslərin sıxışdırılması Eldar Mahmudovun fəallaşması ilə izah edilir.

Hətta onun vəzifəyə gedəcəyi haqda iddialar səslənir. Rabitə işində ziyanı ödəyənlərlə bərabər MTN işində də zərəri dövlətə ödəyənlərin şərti azadlığa çıxmaq şansları yaranıb.

Ulus.Az-ın xəbərinə görə, MTN qanqsteri həbsdə özünü yaxşı aparıb. Siyasi hakimiyyət əleyhinə danışmayıb, sirrləri açmayıb, istintaqa Eldar Mahmudova qarşı ifadə verməyib, məhkəmə çıxışlarında da “zərərli” faktlar açıqlamır.

Bu detallar nəzərə alınır və onun səhhətindən də tez-tez şikayətlənməsi şərti azadlığa buraxılması ilə nəticələnə bilər.

Prosesin sonunda isə Akif Çovdarovun Sübahir Qurbanovu səsləyib ona “Sübahir, pobeda budet za nami” (“Qələbə bizim olacaq”) deməsi diqqət çəkən məqamdır.
Akif Çovdarovun, ondan əvvəl Sübahir Qurbanovla Füzuli Əliyevin diqqət çəkən arxayınçılıqları geniş müzakirələrə səbəb olub.

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun azadlıqda qala bilməsi kontekstində aparılan müzakirələrdə “MTN işi” üzrə həbsə alınmışların müxtəlif adlar altında azadlığa buraxılacaqları bir daha gündəmə gəlib.

İllərlə MTN-də çalışmış A.Çovdarovla S.Qurbanovun həbsə düşən kimi xəstəliklərini xüsusi qabartmaları da təsadüfi deyil.

Bu adamlar vəzifədə olduqları illərdə xəstə olublar, amma xəstəliklərini əsas gətirib işdən çıxmaq istəməyiblər. A.Çovdarov MTN-dəki məlum vəzifəyə təyinatından əvvəl Rusiya vətəndaşlığı olub.

Qanuna görə, başqa dövlətin vətəndaşları Azərbaycan ərazisində cinayət törədiblərsə, barələrində çıxarılmış hökm üzrə cəzanı vətəndaşı olduqları ölkə ərazisində çəkə bilərlər.

Bu o deməkdir ki, A.Çovdarovun Azərbaycanda törətdiyi çoxsaylı cinayətlərinə görə cəzadan yaxa qurtarmaq imkanı var.

Paylaş