“Azəravtoyol” ASC sədri əmmədov vəzifəyə gələndən Bakının yollarını kəllə-çarx etməkdədir; Cavid Qurbanovun kadrı şəhər sakinlərinin, binalarda yaşayanların, sürücülərin başına oyun açmaqdadır…
Belə ki, nakam şair Mikayıl Müşviqin heykəlinin başına açdığı oyunla etdiyi səhvini düzəltdikdən sonra indi də büstün yaxınlığındakı binaların sakinlərinə məşəqqət yaşatmağa başlayıblar.
Paytaxtın Yasamal rayonu, Abdulla Şaiq küçəsi 216 ünvanında yerləşən yaşayış binasının Müşviqin heykəli ilə üzbəüz olan əsas girişi bağlanıb.
ASC-nin əməkdaşları bu ərazidə aparılan yenidənqurma işləri ilə əlaqədar 200 ailənin yaşadığı ünvanın girişini onların üzünə qapadıb.
Bu isə o deməkdir ki, “Azəravtoyol” başbilənlərinin analoqsuz “xəritəçəkmə” metodu nəticəsində yanğınsöndürən maşınlar binanın həyətinə daxil ola bilməyəcək.
Sakinlərlə bərabər Fövqəladə Hallar Nazirliyindən (FHN) gələn nümayəndələr də ASC-nin bu işinə narazılıq ediblər.
Onlar bu addımın normativlərə uyğun olmadığını bildiriblər. Bundan sonra iyunun 21-də “Azəravtoyol”un hadisə yerində olan işçiləri texnikanı yığışdırıb ərazini tərk ediblər.
Amma ertəsi gün – iyunun 22-də yenidən A.Şaiq 216 ünvanına gələn ASC sədri Saleh Məmmədovun əməkdaşları öz bildiklərini davam etdiriblər.
Onlar FHN-nin xəbərdarlığına da məhəl qoymadan binanın girişini bağlayıblar. Bu isə yüzlərlə insanın həyatını təhlükəyə atmaqdır.
Çünki yanğınsöndürən maşınlar həyətə daxil olmaq imkanından məhrum edilir. Sakinlər tezliklə məsələyə müdaxilə olunmasını xahiş edirlər.
Onların sözlərinə görə, “Azəravtoyol” bu ərazidə görülən işlərə görə yaşayış binalarının giriş-çıxışlarını bağlayır. Göründüyü kimi, FHN-dən gələnlərin sözünə də məhəl qoymayan S.Məmmədov öz bildiyini həyata keçirir.
Tanınmış vəkil Aslan İsmayılov da Feysbuk səhifəsində video çağırışla yol məmurlarını vicdanlı olmağa çağırıb.
Ümumiyyətlə, S.Məmmədovun vaxtında Bakının yol infrastrukturu kəllə-mayallaq edilib. Bakı Şəhər İcra Hakimiyyəti də belədir. Ağlına nə gəldi edir, yolu qazır, yol polisinə xəbər vermir, kanalizasiya xəttini kəsir, su borusunu dağıdır.
Azərsu-ya xəbər vermir, qısacası, heç kimi saymır, bildiyini edir. Bu baxımdan, başqa qurumlar yolda bir iş görəndə özlərindən yuxarıdakılarla məsləhət etməlidirlər. Əslində, elə qanunlar da bunu tələb edir.
Amma məmurlar nə qanunları sayır, nə də bir iş görəndə qonşu qurumları məlumatlandırır. Bakını xaosa çevirən “Azərsu” ASC, “Azəravtoyol” ASC, BŞİH olur.
Haranı gəldi qazırlar, tökürlər, sürücülərə zülm edirlər, şəhərin altını üstünə çevirirlər. Bakının küçələri yenə qazıq-qazıq olunur. Şəhərin müxtəlif istiqamətlərində qazıntı işlərinin aparıldığını görmək olar. Bu vəziyyət də tıxacların yaranmasına gətirib çıxarır.ulus.az
https://www.facebook.com/Aslan.Z.Ismayilov/?fref=ts