Əldə etdiyimiz məlumata görə ölkənin əsas gəlir mənbəyi olan və büdcənin böyük bir hissəsini təşkil edən neft sektorunda ciddi islahatlara hazırlıq görülür. Hakimiyyətin ən üst qatında hazırlanan plan haqda cumhuriyyet.az-ı bilgiləndirən mənbənin sözlərinə görə, bu sahədə atılacaq addımlardan biri ölkənin neft sənayesinə məsul olan Azərbaycan Dövlət Neft Şirkətini tam nəzarətə götürməkdir. Bunun üçün şirkətdə özünəməxsus şəkildə “zəruri islahatlar”-a başlayan hakim komanda daxilindəki qrupun əsas hədəfi ARDNŞ prezidenti Rövnəq Abdullayevi dəyişməkdir. Bu “vurulma” prosesinin artıq müəyyən işartıları da görülməkdədir. Qarşıdakı aylarda ARDNŞ prezidnetinə qarşı növbəti hücumlarının şahidi olacağıq. Bizə daxil olan məlumata görə onun yerinə təyin olunacaq şəxs da müəyyənləşib. Bu şəxs hakim ailənin yaxın qohumu, öncədən şirkətin vitse- prezidenti postuna yerləşdirilmiş Mikayıl İsmayılovdur. Bu şəxslə bağlı cumhuriyyet.az olaraq media üzərindən apardığımız araşdırmalar zamanı ilginc məlumatlar əldə etdik və həmin məlumatları sizə təqdim edirik:
Mikayıl İsmayılov kimdir? ARDNŞ-in əsas söz sahibinə çevrilən məmuru hərbi xidmətdə olmayıb?
M.İsmayılov faktiki olaraq, Rövnəq Abdullayevdən sonra ARDNŞ-in ikinci şəxsi hesab olunur. Hətta bəzi məlumatlara görə, M.İsmayılov bir sıra məsələlərdə ARDN-də əsas söz sahibidir. Əslən Ağsu rayonundan olan Mikayıl İsmayılov Rövnəq Abdullayevin yaxın dostlarından biridir və məhz onun sayəsində belə yüksək vəzifəyə təyin olunub. Yaxından tanıyanlar M.İsmayılovu son dərəcə hiyləgər şəxs kimi təqdim edirlər. ARDNŞ-dəki mənbələr deyir ki, M.İsmayılov həm də şirkətin “qara kassası” hesab olunur. Məsələn, kadr təyinatları ilə yanaşı şirkətdə korrupsiyanın ən çox yayıldığı təchizat işi də M.İsmayılovun nəzarəti altındadır. ARDNŞ-dəki bütün təchizat rəisləri M.İsmayılovun
adamlarıdır və bu sahədə süni şişirtmələr nəticəsində böyük mənimsəmələr var. Təsadüfi deyil ki, M.İsmayılov son illər Azərbaycanın oliqarx məmurları arasında yerini möhkəmlətməkdə, ildən-ilə kapitalını artırmaqla bu siyahıda
yuxarıya doğru irəliləməkdədir.
Məlumat üçün bildirək ki, İsmayılov Mikayıl İsmayıl oğlu 1964-cü ildə Ağsu rayonunun Çiyni kəndində anadan olub. 1982-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (Azərbaycan Dövlət İqtisad Universiteti) mühasibat uçotu fakültəsinə daxil olub, 1985-ci ildə ali təhsilini İ.A.Voznesenski adına Leninqrad Maliyyə-İqtisad İnstitutunun Bakı filialında davam etdirib və 1988-ci ildə həmin institutu bitirib. Mikayıl İsmayılov əmək fəaliyyətinə Neft Daşlarında başlayıb. 1988-2003-cü illər ərzində neft-qaz sənayesində müxtəlif vəzifələrdə (mühasib, baş mühasib müavini, baş mühasib və s.) çalışıb. Əmək fəaliyyətinin böyük bir hissəsi Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu ilə bağlı olub. M.İsmayılov 2003-2005-ci illərdə bu müəssisədə iqtisadiyyat və təchizat üzrə direktor müavini vəzifəsində çalışıb. 2005-ci ildən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidentidir. Vitse-prezidentin “vikipediya”da yerləşdirilən tərcümeyi-halında hərbi xidmətdə olub-olmaması barədə heç bir məlumata rast gəlmədik. İllərin xronoloji ardıcıllığına diqqətlə nəzər salanda Mikayıl İsmayılovun hərbi xidmətdə olmadığı aydın olur.
Vitse-prezident Rövnəq Abdullayevin yaxın çevrəsini təqib etməyə başlayıb
Mövzu ilə bağlı cumhuriyyet.az olaraq mediada yer alan digər bir mövqe də diqqətimizi çəkdi. Belə ki, Mikayıl İsmayılov həm də şirkətin maliyyə məsələlərinə nəzarət edən əsas şəxs hesab olunur. Məsələn, kadr təyinatları ilə yanaşı, şirkətdə özbaşına işlərin ən çox yayıldığı təchizat işi də vitse-prezidentin nəzarəti altındadır: “ARDNŞ-dəki bütün təchizat rəisləri Mikayıl İsmayılovun adamlarıdır və bu sahədə süni şişirtmələr nəticəsində böyük mənimsəmələr var. Təsadüfi deyil ki, vitse-prezident son illər Azərbaycanın oliqarx məmurları arasında yerini möhkəmlətməkdə, ildən-ilə kapitalını artırmaqla bu siyahıda yuxarıya doğru irəliləməkdədir. Lakin onun ARDNŞ-də faktiki ikinci şəxsə çevrilməsinin arxasında başqa sirlərin olduğu haqda da danışılır. Deyilənlərə inansaq, Mikayıl İsmayılov bəzi qüvvələrin ARDNŞ-dəki əsas dayağıdır. Hətta bəzi mənbələrin iddiasına görə, həmin şəxslər Mikayıl İsmayılovu şirkətdə yüksək vəzifəyə gətirmək istəyirlər. Yəni vitse-prezident onu bu səviyyəyə gətirib çatdıran Rövnəq Abdullayevin kreslosuna göz dikib. Onun ARDNŞ-in vitse-prezidentinə qədər yüksələn karyerasında Rövnəq Abdullayevin xüsusi rolu olub. Mikayıl İsmayılov Rövnəq Abdullayev “Xəzərdənizneftqaztikinti” trestinin müdiri işləyərkən onun yaxın çevrəsinə daxil olub. Şirkət rəhbəri Bakı Neft Emalı Zavodunda direktor işləyəndə onu özünə müavin təyin edib. Nəhayət, Abdullayev ARDNŞ-in prezidenti postuna keçdikdən sonra onun vitse-prezident postuna təqdimatını ölkə rəhbərliyinə təqdim edib. Və Mikayıl İsmayılov bu vəzifəyə təyin edilib. Artıq ən yuxarı dairələrin nomenklaturasına daxil olan Mikayıl İsmayılov Rövnəq Abdullayevin yaxın çevrəsini təqib etməyə başlayıb. Məsələn, şirkət rəhbərinin uşaqlıq dostu və həmyerlisi, ARDNŞ Neft Kəmərləri İdarəsinin rəisi Zöhrab Quliyev məhz Mikayıl İsmayılovun təkidi ilə işdən kənarlaşdırıldı. ARDNŞ şefi isə uşaqlıq dostunu müdafiə edə bilmədi. Zöhrab Quliyevin işdən kənarlaşdırılması qanunsuz tikililərlə bağlı yaradılan xüsusi komissiyanın apardığı araşdırmalardan sonra baş verdi. Həmin komissiyaya Mikayıl İsmayılov rəhbərlik edir. Onun rəhbərlik etdiyi xüsusi komissiyanın araşdırması zamanı Quliyevə qarşı kompromatlar toplandı və nəticədə əvvəlcə Kəmərlər İdarəsinin bir neçə rəis müavini, bir qədər sonra isə Zöhrab müəllimin özü işdən kənarlaşdırıldı”.
Rövnəq Abdullayevin qohumu vitse-prezident Mikayıl İsmayılovu niyə döyüb?
ARDNŞ-də hökmranlığı əla almağa iddialı olan M.İsmayılovun fəaliyyəti heç şübhəsiz ciddi müqavimətlə də üzləşir. Elə bunun təsdiqi kimi, elektron informasiya portallarında Neft Şirkəti daxilində Naxçıvan və Ağsu quruplaşması arasında qarşıdurma ilə bağlı xəbər göstərilə bilər. Cumhuriyyet.az olaraq həmin məlumatı tam olduğu kimi diqqətinizə çatdırırıq: “Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (ARDNŞ) Naxçıvan və Ağsu quruplaşması arasında gərginlik yaranıb. Bu barədə yenizaman.az-a ARDNŞ-də çalışan mənbənin verdiyi məlumata görə, hər iki quruplaşmanın arasında yaranan gərginliyə səbəb Rövnəq Abdullayevin vəzifədən kənarlaşdırılması olub. Redaksiyamıza daxil olan məlumata görə, uzun müddətdir ki, sözü gedən şirkətdə Ağsu quruplaşması Rövnəq Abdullayevin vəzifədən uzaqlaşdırılması üçün dəridən-qabıqdan çıxır. Maraqlısı odur ki, ARDNŞ-də kök salan Ağsu qurplaşmasının arxasında əmək və əhalinin sosial müdafəsi naziri Səlim Müslümovun dayandığı iddia edilir. Belə ki, Səlim Müslümova yaxınlığı ilə seçilən , ARDNŞ-in ümumi məsələlər üzrə vitse-prezidenti Mikayıl İsmayılov artıq xeyli müddətdir ki, şirkətdə əsas söz sahiblərindən birinə, avtoritet kimi qəbul olunan Ağsu qruplaşmasına başçılıq edir. Onun başçılıq etdiyi qruplaşma isə ARDNŞ-in əsas gəlirli postlarını bir-bir öz nəzarəti altına almaqdadır. Məsələn son bir neçə ildə məhz Mikayıl İsmayılovun səyləri nəticəsində əslən Ağsundan olan şəxslər ARDNŞ-də müxtəlif vəzifələrə təyin edilib. Belələrindən biri Çilov adasında yerləşən 28 may Neft və Qaz Çıxarma İdarəsinin sosial məsələlər üzrə rəis müavini Ələddin Mürsəlovdur. Əslində bu kiçik vəzifə görünsədə Ələddin Mürsəlov Mikayıl İsmayılovun “krışalığı” nəticəsində böyük işlərə imza atır. Əvəllər “JEK” rəisi vəzifəsində çalışan Ələddin Mürsəlov ARDNŞ-ə gətirildikdən sonra sözün əsl mənasında “gözə görsənməyən” oliqarxa çevrilib. Mənbənin sözlərinə görə, vəzifədə olduğu son 5-6 il ərzində Ələddin Mürsəlov Çilov adasının artıq sahibinə çevrilib. Adaya gətirilmiş texnika və s. avadanlıqlar birmənalı şəkildə Ə.Mürsəlovun həzm rentabelindən keçirilir. Vəziyyət o həddə çatıb ki, Ə.Mürsəlov aylıq beş min manat olan məvacibinə ehtiyyacı olmadığı üçün həmin pulu sürücüsünə verir. Əslində Ələddin Mürsəlovun müssiyası Rövnəq Abadullayevin adamı kimi tanınan 28 may Neft və Qaz Çıxarma İdarəsinin rəisi vəzifəsində çalışan və bu yaxınlarda təqaüdə çıxacağı gözlənilən Rövşən Ağayevin yerinə gəlməkdir.
Mənbə daha sonra bildirir ki, Ağsu quruplaşmasına daxil olan digər şəxs isə bir neçə il öncə “Azneft” İstehsalat Birliyinə yeni rəhbər təyin edilən Daşqın İsgəndərovdur. Əslən Şamaxı rayonundan olmasına baxmayaraq Daşqın İsgəndərov da Naxçıvan quruplaşmasına qarşı savaş açıb. Artıq ARDNŞ-də açıq aşkar R.Abdullayevin yaxın çevrəsi təqib edilməyə başlanılıb. R.Abdullayevin yaxın ətrafına daxil olan bir neçə yüksək vəzifəli şəxsin adı M.İsmayılovun “qara siyahı”sındadır. Onlardan biri də ARDNŞ Təhlükəsizlik İdarəsinin rəisi, R.Abdullayevin yaxın qohumu Rəşad Əliyevdir. Məhz M.İsmayılovun səyləri nəticəsində ARDNŞ-in Təhlükəsizlik İdarəsi parçalanıb. R.Abdullayev isə qohumu Rəşad Əliyevi müdafiə edə bilməyib. Bundan qəzəblənən Rəşad Əliyev əsəbləri dözməyib Mikayıl İsmayılovun otağına gələrək onu bərk döyüb. Hadisə təxminən 7-8 ay bundan əvvəl baş verib. Bu insidentdən sonra məsələyə “yuxarılar” qarışıb. Bu hadisə isə daxili çərçivədə həllini tapıb”.  azerbaycaninfo.az

Paylaş