Bu gün – 6 iyul 2 yaşlı Zəhra Quliyevanın ermənilər tərəfindən güllələnməsi ilə əlaqədar yürüş keçiriləcək
Ulus.Az xəbər verir ki, Gənclər və İdman Nazirliyindən verilən məlumata görə, yürüş çoxsaylı gənclər təşkilatları tərəfindən təşkil edilir. Yürüşə “Bridge Plaza”dan start veriləcək.
Yürüş Minsk qrupunun həmsədr ölkələrinin səfirliklərinin qarşısından keçməklə təşkil ediləcək. Yürüş iştirakçıları saat 11.00-da Rusiya səfirliyinin, 11:20-da ABŞ səfirliyinin, 12:00-da isə Fransa səfirliyinin qarşısından keçəcəklər.
Nazirlik bütün gəncləri aktiv olmağa çağırır. Zəhra ötən gecə erməni işğalçılarının Füzulinin Alxanlı kəndini ağır silahlarla atəşə tutması nəticəsində dünyasını dəyişib.
Ağdam, Tərtər prokurorluqları hadisəni araşdırır. XİN-lə MN birgə bəyanat yayıb və onlar məsələnin hərbi, hüquqi, siyasi aspektlərini araşdırır.
Ermənistan silahlı qüvvələrinin mülki əhaliyə ağır silahlarla divan tutması bu dövlətin həmişəki siyasətidir və bu, birbaşa Ermənistanın Ali Baş Komandanının tapşırığı ilə yerinə yetirilib. Bu sözləri Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bugünkü mətbuat konfransında deyib.
Ulus.Az xəbər verir ki, artıq Ukraynanın paytaxtı Kiyev şəhərində keçirilən NATO Parlament Assambleyasının (PA) 95-ci “Rose-Roth” seminarında ötən gecə erməni silahlıları tərəfindən Füzuli rayonunda dinc azərbaycanlıların artilleriya atəşinə tutulması nəticəsində yaşlı qadının və körpə uşağın öldürülməsi məsələsi qaldırılıb.
İclasda iştirak edən Azərbaycanın NATO PA-da nümayəndə heyətinin üzvü, deputat Məlahət İbrahimqızı bildirib ki, üç gündür davam edən seminarın iclasında hadisə ilə bağlı məsələ qaldırılıb, artilleriya atəşi nəticəsində Sahibə Quliyeva ilə birlikdə qətlə yetirilən nəvəsi, 2 yaşlı Zəhra Quliyevanın al qana qərq edilmiş fotosunu nümayiş etdirilib.
Bütövlükdə, ordu-rəhbər birliyi, ordu-xalq vəhdəti özünün yüksək səviyyədə həllini tapmışdır.
Bu vəhdətin təsdiqini biz ötən il Lələtəpə uğrunda döyüşlərdə gördük. Həmin vaxt həyata keçirilən hərbi əməliyyatar Azərbaycan Ordusunun nəyə qadir olduğunu göstərdi.
Gördük ki, bu ordu çox qısa müddətdə qarşısına qoyulan vəzifələri yüksək səviyyədə həyata keçirmək iqtidarındadır. Ermənilər uzun müddət kimlərinsə sayəsində “keçilməz sədd”, “aşılmaz maneələr”, “dəf edilməz səngərlər” yaratmışdı.
Amma Lələtəpə əməliyyatı göstərdi ki, bütün bunlar mifdir, Azərbaycan əsgəri üçün asan hədəfdir. Zəhradan sonra da ordumuz gücünü yenidən düşmənə göstərəcək və ən ağır şəkildə cavab verəcək.