Anar Asimoğlu: “Elçin Bədəlovun gözlərindən hiss etdim ki, o, məni həbs etdirmək istəmir, sadəcə, kiminsə tapşırığı var”
Məlumat üçün bildirək ki, bu gün Binəqədi Rayon Məhkəməsində hakim Mirheydər Zeynalovun sədirliyi ilə 365info.az saytının baş redaktoru Anar Asimoğluna qarşı “Nort Vest Konstrakşn” şirkətinin icraçı direktoru Elçin Bədəlovun iddiası əsasında xüsusi itiham qaydasında başladılan məhkəmə prosesinin beşinci hazırlıq iclası keçirilib.
Məhkəmə başlamamışdan əvvəl Elçin Bədəlovun vəkli Cavad Cavadov və Elçin Bədəlov Binəqədi rayon məhkəməsinin inzibati binasının qarşısında dayanıb məhkəmə iclasının başlanacağını gözləyirdilər. Elə onlarla birlikdə dayananlardan biri cavabdeh Anar Asimoğlu və 365info.az saytının fotomüxbiri Murad İbrahimli olub. İbrahimlinin çəkdiyi bir neçə fotolardan birinə vəkil Cavad Cavadovla Elçin Bədəlov da düşüb.
Fotoda Elçin Bədəlovun kövrəlməsi açıqca görünür, ancaq Cavad Cavadov gülümsəyərək ona səbrli olmağı tövsiyə edir. Anar Asimoğlu bizimlə söhbət zamanı bildirib ki, Elçin Bədəlovun məhkəmə binasının qarşısında dayanıb kövrəldiyi görünür.
“Elçin Bədəlovun gözlərindən hiss etdim ki, o, məni həbs etdirmək istəmir, sadəcə, kiminsə tapşırığı var. Çox güman ki, bu gün də Elçin Bədəlov mənim barəmdə peşmanlıq hissi keçirir, sabah cəmiyyətdə söz-söhbət yaranacaq ki, Elçin Bədəlovun içəridə jurnalist dustağı var. Elçin Bədəlovdan fərqli olaraq, vəkil Cavad Cavadov isə bütün məhkəmə prosesində gülümsəyirdi. Sifət cizgilərindən elə təəssürat yaranırdı ki, onun içəridə dustağları az deyil. Çox güman ki, Elçin Bədəlovdan istifadə edərək məni həbs etdirmək istəyən qüvvələr Cavad Cavadovu Elçin Bədəlova vəkil təyin ediblər”, – deyə A.Asimoğlu bildirdi.
Şamil Həsənbəyli
365info.az