Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin sabiq baş idarə rəisi Akif Çovdarov sonuncu məhkəmə prosesində  Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədov haqqında sensasion açıqlamar verib.

Gununsesi.info xatırladır ki, MTN generalı məhkəməsində Tağı Əhmədovun onların “toruna” necə düşməsindən danışıb. Çovdarov bildirib ki, Tağı Əhmədovla bağlı ağlagəlməz korrupsiya faktları, ofşor zonalarda əmlaklar, habelə, oğlunun adam öldürməsi kimi məlumatlara malik olublar. Məhkəmədə həmçinin, Tağı Əhmədovun sahib olduğu əmlakların adları da açıqlanıb.

Bu arada isə məşhur karikaturaçı  Gündüz Ağayevin Tağı Əhmədovun  maraqlı karikaturasını çəkib.

Paylaş