Zərdabın H.Əliyev küçəsi, ev-23 sakini Mirzəyev Rövşən Cəfər oğlu tərəfindən Ulus.Az-a məktub daxil olub
O, birinci vitse-prezident Mehriban Əliyevaya müraciətində bildirib ki, Dövlət Sosial Müdafiə Fondunun Zərdab rayon şöbəsinin müdiri Canpolad Vəliyevin törətdiyi korrupsiya cinayəti tam sübuta yetirilib:
“Amma indiyə qədər onun barəsində heç bir tədbir görülməmişdir. Cəzasız qalan korrupsioner müdir azğınlaşaraq korrupsiya əməllərini davam etdirir.
Hörmətli Mehriban xanım, təqdim etdiyim cədvəllərdə Dövlət Sosial Müdafiə Fondunun Zərdab rayon şöbəsinin müdürü Canpolad Vəliyevin törətdiyi korrupsiya faktlarıdır.
Cədvəllərdə göstərilir ki, Canpolad Vəliyev Azərbaycan Respublikasının Prezidentinin fərmanlarının tələblərini bilərəkdən pozaraq dövlətin küllü miqdarda pulunu öz şəxsi maraqları xatirinə təyinatından yayındırmışdır.
Bütün bu özbaşınalıqların başında dayanan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aparat rəhbəri Əjdər Cəbiyevdir”.
R.Mirzəyev prezident İlham Əliyevin məmur özbaşınalıqları barəsində verdiyi göstərişlərdən Əjdər Cəbiyevin heç bir nəticə çıxarmadığını yazıb:
“Bu korrupsioner Canpolad Vəliyevin barəsində ciddi tədbir görülməsinə gösdəriş verməyinizi sizdən xahiş edirəm”.
Mətbuatda gedən yazılarda da bildirilir ki, nədənsə Canpolad Vəliyevin nazirlikdə olan” krışaları” onu məsuliyyətdən yayındırmaq üçün dəridən -qabıqdan çıxırlar.
Azərbaycan Respublikası Prezldentinin 24.08.2002-ci ilə tarixli 714 nömrəli və 23.10.2003-cü il tarixli 948 nömrəli fərmanlarının tələblərini öz şəxsi maraqları xatirinə bilərəkdən pozaraq dövlətin 10.000 manatdan artıq pulunu öz təyinatından yayındıran Canpolad Vəliyev barəsində tədbir görülməsinə mane olan nazirlikdəki havadarlarıdırsa, digər səbəbi isə Canpolad Vəliyevin milyonçu olmasıdır.
Ümumiyyətlə, nazirliyin DSMF və ƏSMM sistemində rüşvət, yazılmamış qanunların işlək olması, vətəndaşların süründürməçiliyə məruz qalması, əsasən də rayonlarda özbaşınalığın normaya çevrilməsi istiqamətində heç bir müsbət addım atılmır. Füzuli Ələkbərovdan sonra da bu sistem korrupsiyadan xilas ola bilməyib.
Əslində, ictimaiyyət prezidentdən bu sektorda da ciddi islahatlar gözləyir. Ümid olunur ki, hər iki xidmət sektoru ASAN Xidmətə veriləcək və bu qurumlar ləğv ediləcək.