Azərbaycanda Milli Təhlükəsizlik Nazirliyinin ləğvindən sonra yaradılan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) bu sistemə olan etimadı yenidən qaytardı

General Mədət Quliyevin gördüyü işlər, mediaya açıq olması, fəaliyyəti, ardıcıl keçirilən uğurlu əməliyyatlar təhlükəsizlik sisteminə olan inamı bərpa etdi.

Ulus.Az-ın Analitik Mərkəzinin yazdığına görə, DTX əməkdaşlarının həm ekstremist radikal cərəyanlara, həm casus şəbəkəsinə qarşı apardığı əməliyyatlar ölkənin təhlükəsizlik sektorunun etibarlı əllərdə olmasına inam yaradıb.

Son aylarda vəhabilərə, İŞİD-ə bağlı adamlara qarşı keçirilən əməliyyatlar, casus şəbəkələrinin ifşa edilməsi, habelə qanunsuz dollar satışı ilə məşğul olanlarla mübarizə tədbirləri DTX-nin operativ və peşəkar fəaliyyətindən xəbər verir.

Elə bunun göstəricisidir ki, həyata keçirilən əks-kəşfiyyat tədbirləri nəticəsində xarici xüsusi xidmət orqanlarının tapşırığı üzrə Azərbaycanda casusluq yolu ilə toplanılan məlumatları kiçik ölçülü elektron informasiya daşıyıcılarında ölkədən çıxarmağa çalışan Muxtar Yağubov ölkəni tərk etməyə cəhd edərkən saxlanılıb.

Bildirilib ki, casus şəbəkəsinin Bakı şəhəri və ölkənin digər ərazilərində fəaliyyət göstərən üzvləri –Yağubov Muxtar Camal oğlu, Əhmədov Şakir Xanlar oğlu, Zeynallı Zəka Abış oğlu, Abbaszadə Səbuhi Oktay oğlu, Nuriyev Xudaşükür Məcid oğlu və Hüseynov Kəmaləddin İsaxan oğlu ifşa edilərək cinayət məsuliyyətinə cəlb edilib, barələrində müvafiq məhkəmə qərarları ilə həbs qətimkan tədbiri seçilib.

Istintaq-əməliyyat tədbirləri nəticəsində xarici xüsusi xidmət orqanları ilə qarşılıqlı yazışmalar və ötürülməsi nəzərdə tutulan müxtəlif xarakterli məlumatlar aşkarlanaraq ələ keçirilib.

Casus şəbəkəsinin xarici xüsusi xidmət orqanlarının tapşırığı üzrə dövlət məmurları, ictimai xadimlər və digər dairələrə nüfuz etmək, Azərbaycan Respublikasının təhlükəsizlik orqanları, Silahlı Qüvvələri, ölkədə aparılan təhlükəsizlik tədbirləri barədə məxfi məlumatları toplamaq istiqamətində fəaliyyət göstərdiyi müəyyən edilib.

Amma M.Quliyevin uğurlu fəaliyyəti nətiəsində bu şəbəkə də ifşa edilib. Bir müddət əvvəl də orduda xain qruplaşma aşkar edilmişdi. Ümumiyyətlə, generalın qurduğu DTX sistemi çox fərqlidir və mətbuatla təmasdadır.

M.Quliyev özü də modern insandır. Onun gitarada rok ifası, qaçış marafonlarında iştirakı xüsusi qeyd edilməlidir. Bütün bunlarda cəmiyyətdə Eldar Mahmudovun MTN-dən sonra milli təhlükəsizlik sisteminə inamının qayıtmasıdır.

Paylaş