Vəzifəsindən azad olunan Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini Novruzəli Orucovun oğlundan xəbər var.
Reportyor.org xəbər verir ki, 10 may.az saytına daxil olan məlumata görə, bir neçə gündür ki, Novruzəli Orucov oğlunun həbsxananın tibb məntəqəsinə yerləşdirilməsi üçün cəhdlər edir. Amma o, istəyinə nail ola bilmir. Mənbə başqa maraqlı bir məqamada aydınlıq gətirib. Bundan öncə də həbs həyatı yaşayan general oğlu bir neçə il ərzində həbsxananın tibb məntəqəsində qalıb və hər cür şəraitlə təmin olunubmuş. Hətta general oğlunun saçını səliqəyə salmaq üçün şəhərdən xüsusi bərbər gətirilirmiş. Bu isə generala hər dəfə 150 manata başa gəlirmiş. Görünür, elə buna görə də general oğlu pis vərdişlərindən əl çəkməyib.