Vergilər nazirinin biznes gəliri başqa nazirləri ötüb.
VNVergilər naziri Fazil Məmmədovun gizli biznes fəaliyyəti barədə mütəmadi olaraq mediada məlumatlar verilib. Son dövrlər bəzi məmurların obyektləri özündən daha yüksək vəzifəli şəxslər tərəfindən alındığı və ya iqtisadi iflasa uğradığı halda F.Məmmədovun biznes imperiyasının böyüməsi müşahidə olunur. Vergilər naziri qanuna zidd üsullardan istifadə etməklə gəlir mənbəyini qoruyub saxlaya bilir. Bununla bağlı informasiyaları təhlil etdikdə Fazil Məmmədova məxsus şirkətlərin dövri olaraq müflis elan edilməsi ilə ictimaiyyətin diqqətindən yayındığını görmək olar. Beləliklə, nazir qanunsuz kommersiya fəaliyyətini ört-basdır etməklə yanaşı, həm də külli miqdarda vergidən yayınmaqla gəlir əldə edir. Ümumiyyətlə, Azərbaycanda qanunsuz biznes fəaliyyəti ilə məşğul olan vəzifəli şəxslər bir qayda olaraq, gizli qazanc əldə etmək üçün yaratdıqları şirkətləri, bankları vaxtaşırı müflis elan edir, sonra başqa adla yeni kommersiya-hüquqi şəxslər təsis edib bazara daxil olurlar.
Fazil Məmmədov necə “müflisləşir”?
Qeyd edilənlərə misal kimi vergilər naziri Fazil Məmmədova məxsus “Yeni Həyat” MMC-nin fəaliyyətinə nəzər salmaq kifayətdir. Fazil Məmmədovun biznes şəbəkəsinə “Yeni Həyat” MMC-dən əlavə “CAPITAL VISION”, “INVEST FUTURE”, “INVEST ALLIANCE”, “INVEST SOLUTİONS” və “SYNERGY MEDİCAL” şirkətləri “Synergy Group” şirkətlər qrupu da daxildir. Lakin kommersiya hüquqi şəxslərin reyestrinə bu şirkətlər barədə hər hansı məlumatlar daxil edilməyib.

Fazil Məmmədov necə “müflisləşir”?“Yeni Həyat” MMC-ni isə müflis elan edilib yenidən başqa ad altında fəaliyyətini davam etdirməklə Fazil Məmmədov iqtisadi manipulyasiya ilə məşğul olub. Yəni forma dəyişsə də məzmun dəyişməyib. Bununla həm də şirkətin fəliyyətində yol verilən cinayət əməlləri gizlədilib. Belə ki, 2005-ci ildə Bakı şəhər sakini Abuzər Mahmudovun 2 otaqlı mənzilini hündürmərtəbəli bina tikmək üçün “Yeni Həyat” MMC-yə verib. Bina hazır olduqdan sonra 150 kvadrat metrlik mənzili A.Mahmudova verməyə razı olan şirkət sonda bununla razılaşmayıb. Evsiz qalan A.Mahmudov isə Nəsimi rayon Məhkəməsinə müraciət edib. Məhkəmə şirkət tərəfindən A.Mahmudova 420 min dollar məbləğində pulun ödənilməsi barədə qərar qəbul edib. Daha sonra tikinti şirkəti olan “Yeni Həyat” MMC iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati İqtisad Məhkəməsinə müraciət edərək müflis elan olunmasını istəyib. Məqsəd isə təzminatı ödəməkdən yayınmaq olub. Ali Məhkəməyə müraciət etmək məcburiyyətində qalan A.Mahmudov həmin instansiyada da qalib gəlib. 2008-ci il avqustun 6-da Abuzər Mahmudovun şikayəti əsasında Ali Məhkəmə “Yeni Həyat” MMC-dən 350 min manat alınaraq, paytaxt sakininə verilməsi barədə qərar qəbul etsə də şirkət həmin məbləği ödəməkdən imtina edib.
Fazil Məmmədov necə “müflisləşir”?
2015-ci il avqust ayının 5-də isə “Yeni Həyat” MMC özünü müflis elan edərək fəaliyyətini dayandırdığını rəsmən bəyan edib. Maraqlıdır ki, bundan bir gün sonra-avqustun 6-da “Yeni Həyat Şirkətlər Qrupu” açıqlama yayaraq bağlandığı barədə xəbəri təkzib edib və “Yeni Həyat” MMC ilə hüquqi və faktiki əlaqəsinin olmadığını bildirib. Ancaq ortaya çıxan hüquqi dəlillər “Yeni Həyat” MMC ilə “Yeni Həyat Şirkətlər Qrupu”nun bir medalın iki üzü olduğunu təsdiq edir. Ən başlıcası isə hər iki kommersiya qurumunun vergilər nazirinə məxsus olmasıdır.

Qeyd edək ki, “Yeni Həyat” MMC və “Yeni Həyat Şirkətlər Qrupu” MMC eyni hüquqi ünvanda-Nobel prospekti,15, “Azure” yaşayış-əyləncə kompleksində qeydiyyatda olub. 2014-cü ilin noyabr ayında yayılan məlumatlarda Fazil Məmmədova aid «Yeni Həyat» biznes mərkəzinin ünvanı olaraq Bakı şəhəri, Z.Əliyeva küçəsi 55 göstərilir. Lakin sonradan bu şirkətin hüquqi ünvanı dəyişdirilərək Nobel prospekti 15-ə köçürülür. Beləliklə, özünü gah müflis elan etməklə, gah ünvanını dəyişdirməklə başqa ad altında peyda olan “Yeni Həyat” əslində fəaliyyətini davam etdirib. Şirkətlər qrupunun Nobel prospekti 15-ə köçməsi həm də sözügedən ünvanda F.Məmmədovun “Azure” kompleksini inşa etdirməsi ilə bağlıdır. Vergilər nazirinin həmin binanın tikintisinə 72 milyon manat vəsait xərclədiyi bildirilir.
Fazil Məmmədov necə “müflisləşir”?
2015-ci ilin avqust ayında özünü müflis elan edib bağlandığını bəyan edən “Yeni Həyat” MMC-nin inşaat sektorundakı fəaliyyəti məntiqlə dayandırılmalı idi. Ancaq “Yeni Həyat Şirkətlər Qrupu”nun saytında 2016-cı ildə Bakı şəh, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi 27A ünvanda yerləşən meqa binların satış elanları yerləşdirilib. Həmin elanlarda meqa binaların 2013-cü ildə inşasına başlanılmış 585 mənzil satışa çıxarılıb. Mənzillərin 2016-cı ilin sentyabr ayında yaşayışa verildiyi göstərilir. Qeyd edilənlər “Yeni Həyat” MMC-nin fəaliyyətini dayandırdığı barədə rəsmi qərarının olmasına baxmayaraq, “Yeni Həyat Şirkətlər Qrupu” adı altında inşaat sektorunda mövcudluğunu davam etdrərək bahalı layihələrin icrası ilə məşğul olduğunu təsdiq edir. Binaları “Yeni Həyat”, yaxud Yeni Həyat Şirkətlər Qrupunun inşa etməsindən asılı olmayaraq layihənin Fazil Məmmədovun biznes imperiyasında yer alan “PARK AZURE”a daxil olduğu aydındır.

Fazil Məmmədov necə “müflisləşir”?“Yeni Həyat” MMC-nin qanunsuz fəaliyyəti korrupsiya ittihamı ilə həbs edilmiş məmurlarıın məhkəmə prosesində də üzə çıxıb. Ləğv edilmiş Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə 2016-cı ilin dekabr ayında keçirilmiş məhkəmə prosesi zamanı “Yeni Həyat” MMC-nin keçmiş direktoru Adil Qasımov həmin cinayətləri etiraf etmişdi. Onun sözlərinə görə, tenderdə qalib gəldikdən sonra ayrılan vəsaitin müəyyən qismi “Aztelekom” MMC-yə çatdırılıb: “ATS-lərin tikintisi ilə məşğul olurduq. Tapşırılan işləri həyata keçirirdik. Tenderlərdə iştirak edirdik. Tikinti işlərini aparmaq üçün müxtəlif məbləğlər ayrılırdı. Tenderlərə ayrılan pulun 40 faizini “Aztelekom” MMC-yə geri qaytarırdıq. Mən eşidirdim ki, bu pullar Oqtay Rüstəmova çatdırılır”.
Fazil Məmmədov necə “müflisləşir”?
“Aztelekom” MMC-nin baş mühasibi, təqsirləndirilən şəxs Oqtay Rüstəmov isə şahidlə heç bir münasibətinin olmadığını, bu işlərin Vidadi Zeynalovla həll edildiyini deyib. Xatırladaq ki, Vidadi Zeynalov 7 milyon 333 min vəsaiti mənimsəməkdə ittiham olunur.

Səbinə MƏMMƏDLİ
http://yukselis.info

Paylaş